» AĞDAMDAN XƏBƏR VAR...

 
 
 

AĞDAMDAN XƏBƏR VAR...

Baxılıb: 1074

  • Tarix: 31-03-2015, 09:13
  • 30 Mart 2015-ci il tarixində Ağdam rayonunda AzKİL tərəfindən ilk səfərbər olunmuş icma - Əhmədağalı icmasının İcma Qrupu ilə görüş keçirildi. Görüşdə AzKİL 2 Direktor Müavini, İcma İnkişafı Meneceri Gülbəniz Qənbərova və AzKİL 2 əməkdaşı Cahid Rüstəmov iştirak edirdi. İcma Qrupu Fevral ayında keçirilmiş İştiraklı Kənd Qiymətləndirməsi Seminarından və eləcə də AzKİL Köməkçi Heyəti tərəfindən verilmiş təlimlərin nəticələrindən məmnun qaldıqlarını dedilər. İcma Lideri – el ağsaqqalı Ziyəddin müəllim bildirdi ki, kəndin ən böyük ehtiyacı – elə icmanın da seçimi “Kənddaxili yolların bərpası” layihəsidir. Biz də bu qənaətə gəldik ki, seçilmiş qrup təlimlərdən əldə etdikləri bilikləri artıq layihənin texniki icrasına tətbiq etməyə hazırdır. Ərazi İcra Nümayəndəsi Mətləb m və Bələdiyyə Sədri Elsanə xanım İcma Qrupuna seçilənlər içərisindədir. Görüş başa çatdıqdan sonra İcma Lideri və Bələdiyyə Sədri ilə birgə kənd yollarının cari vəziyyətinə baxış keçirildi. İcmada hal-hazırda BQXK –nın dəstəyi ilə su xəttlərinin bərpası işləri getdiyi üçün “Kənddaxili yolların bərpası” layihəsi cari ilin May ayında icra olunacaq.

    AĞDAMDAN XƏBƏR VAR...

    AĞDAMDAN XƏBƏR VAR...

    AĞDAMDAN XƏBƏR VAR...

    AĞDAMDAN XƏBƏR VAR...

    Bölmələr: ---