» Lənkəran rayonunun Şiləvar icma qrupuna Ətraf Mühit təlimi keçirildi

Lənkəran rayonunun Şiləvar icma qrupuna Ətraf Mühit təlimi keçirildi

Baxılıb: 764

  • Tarix: 14-03-2015, 10:12
  • 13 mart 2015-ci il tarixində Lənkəran rayonu Şiləvar icma qrupuna Ətraf Mühit təlimi keçirildi. Təlimdə ətraf mühitlə bağlı bir necə mövzu icma qrupu üzvləri ilə müzakirə olundu. Bütün icma qrupu üzvləri təlimin bütün mərhələlərində öz fikirlərini söyləyir və çox fəallıq göstərirdilər. Xüsusilə icma qrupunun sədri Həşim müəllim əvvəllər ətraf mühitlə bağlı təlim keçdiyi üçün öz təcrübələrini də bölüşürdü. Ən maraqlı qarşılanan mövzu isə tullantıların idarə olunması oldu. Müzakirə zamanı məlum oldu ki, Həşim müəllim yay tətili zamanı vaxtını boş keçirməmək üçün həyətində beton kərpic kəsir və su çəni kimi istifadə etmək üçün beton su çəni (güng) hazırlayır. Ən maraqlısı budur ki, bunların hazırlanmasında sement və çınqılla yanaşı şüşə, plastik və dəmir qab tullantılarından da istifadə edir. O, şüşə qabları xırda-xırda sındıraraq günglərin, plastic və dəmir qabları kəsərək beton kərpicin hazırlanmasında istifadə edir. Nəticədə həm çınqıl materiala qənaət olunur, həm də ətraf mühitə atılan tullantıların miqdarı azalır. Şəkillərdə onun hazırladığı divara hörülmüş beton kərpicləri və su saxlamaq üçün beton qabları asanlıqla görə bilərsiz.
    Qeyd edək ki, Həşim müəllim hər bir icma qrupu üzvü üçün İcma qrupu üzvlük vəsiqəsi hazırlayaraq bələdiyyə sədrinə təsdiq etdirib. O hətta İcma Fonduna yığılan töhfənin alınması barədə çek yazaraq hər bir fond üzvünə verəcəyini də söyləyir.

    Bölmələr: ---