» İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi Əhatə Dairəsini Genişləndirir

 
 
 

İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi Əhatə Dairəsini Genişləndirir

Baxılıb: 834

  • Tarix: 13-02-2015, 10:03
  • 12 Fevral 2015-ci il tarixində Ağdam rayonunun Əhmədağalı kəndində İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin (AzKİL 2) informasiya yönümlü təqdimat mərasimi keçirilib. Ağdam Rayon İcra Hakimiyyətinin məsul əməkdaşlarının, ərazi icra nümayəndələrinin və bələdiyyə sədrlərinin, icma təmsilçilərinin iştirak etdikləri tədbirdə AzKİL 2-nin Direktor Müavini Gülbəniz Qənbərova geniş təqdimatla çıxış edərək, proqramın məqsəd və vəzifələrindən danışıb.
    Bildirilib ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən icra olunan, Azərbaycan Hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi AzKİL 10 ildən çoxdur ki, fəaliyyət göstərir. Bu illər ərzində Azərbaycanın 56 rayonunda fəaliyyət göstərən AzKİL 1000-dən artıq sosial və iqtisadi layihələr həyata keçirərək insanların rifah halının yüksəldilməsi istiqamətində öz töhfəsini verib. Həyata keçirilən layihələrə məktəblərin, tibb məntəqələrinin, xəstəxanaların, içməli su qurğularının, suvarma sistemlərinin, yolların, körpülərin və sair bərpası və tikintisi daxildir. 2005-2012-ci illərdə 333 yol, 108 içməli su, 63 elektrik, 28 məktəb, 40 suvarma, 34 tibb məntəqəsi, 29 drenaj, 5 abadlaşdırma, 2 piyada körpüsü layihələri həyata keçirilib.
    Təqdimat zamanı AzKİL-in tərkib hissəsi sayılan infrastruktur, bacarıqların artırılması və layihələrin idarə edilməsi komponentlərindən, uğurlu layihələrdən və bu uğurları təmin edən fədakar icma liderlərindən bəhs edilib. Diqqətə çatdırılıb ki, layihənin məqsədi icma yönümlü kənd infrastrukturlarına çıxışı və istifadəni artırmaq, ailələrin iqtisadi fəaliyyətlərini genişləndirməkdir.
    Tədbirdə AzKİL-in fəaliyyətini əks etdirən 10 dəqiqəlik sənədli film nümayiş etdirilib. Sonda AzKİL ilə uğurlu əməkdaşlıqlarını hazırda davam etdirən Beyləqan rayonunun Aşıqlı 1, Ağcabədi rayonunun Təzəkənd, Tərtər rayonunun Qarağacı və Bərdə rayonunun Dəymədağlı icmaları təqdimatlarla çıxış edərək, öz uğurlarını iştirakçılarla paylaşıb
    İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi Əhatə Dairəsini Genişləndirir

    İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi Əhatə Dairəsini Genişləndirir

    İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi Əhatə Dairəsini Genişləndirir

    İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi Əhatə Dairəsini Genişləndirir


    Bölmələr: ---