» İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin VI Zonalararası Qarşılıqlı Görüşlər Sessiyası

 
 
 

İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin VI Zonalararası Qarşılıqlı Görüşlər Sessiyası

Baxılıb: 723

  • Tarix: 15-09-2014, 11:03
  • AzKIL növbəti dəfə də öz ənənəsinə sadiq qalaraq 25 Avqust 2014-cü il tarixində Masallı rayonunda 100 nəfərdən çox nümayəndənin iştirakı ilə təşkil elədiyi konfransla Vİ Zonalararası Qarşılıqlı Görüşlər Sessiyasının 6 günlük səfərinə start vermiş oldu. 6 günlük sessiya Masallıdan başlamaqla Lənkəran, Sabirabad, Saatlı, Bərdə, Goranboy, Göygöl və Gədəbəy rayonlarını əhatə edərək 30 Avqustda Gəncə şəhərində oz işini yekunlaşdırdı.
    Masallıdakı açılış konfransı zamanı AzKİL-in əməkdaşlıq etdiyi icmaların bacarıqlarının artırılmasının, eləcədə icma inkişafı sahəsində yüksək nailiyyətlər qazanmış, problemlərin həllində çeviklik nümayiş etdirən icmaların fəaliyyətinin daim diqqət mərkəzində olduğu bildirildi. AzKİL-in “İcma Şəbəkələşməsi” proqramının 2005-ci ildə 60 icma ilə fəaliyyətə başlaması, hazırda isə mindən çox icmanı əhatə edərək 978 icma layihəsinin uğurla başa çatnası iştirakçılarının diqqətinə çatdırıldı. Seminar zamanı AzKİL-in Muğan-Salyan, Şimal, Şima-Qərb və Naxçıvan zonalarının Proqram Mütəxəssisləri fəaliyyət göstərdikləri zonalarda həyata keçirilmiş və hazırda icrası davam etdirilən icma layihələri, səfərbərlik prosesləri və təlimlərlə bağlı geniş təqdimatlarla çıxış etdilər

    VI Zonalararası Qarşılıqlı Görüşlər Sessiyasının növbəti və ondan sonrakı günləri Masallı, Lənkəran, Sabirabad, Saatlı, Bərdə, Goranboy, Göygöl və Gədəbəy rayonlarında 16 icmada çarpaz görüşlər, seminarlar və sahə səfərləri ilə davam etdi. Bu görüşlər eyni zamanda AzKİL-nin maddi vəsaiti hesabına başa gəlmiş icma layihələrinin təntənəli açılış mərasimləri ilə də üst-üstə düşdü. Belə ki, 100-dən artıq seminar iştirakçısı Lənkəran rayonun Siyavar icmasıda, Saatlı rayonunun Yeni Novruzlu icmasında, Bərdə rayonunu Alpoud icmasında və Goranboy rayonunun Xınalı icmasında baş tutmuş 4 müxtəlif açılış mərasimlərində iştirak etmək imkanı qazandılar. Həm təqdimat seminarlarından, həm də ki, açılış mərasimlərindən yerli kütləvi informasiya vasitələri (AzTV, İctimai TV, Xəzər TV və ATV) nümayəndələrinin hazırladıqları reportajlar həmin axşam və növbəti günün xəbər buraxılışlarında yayımlandı.

    AzKİL sessiya çərçivəsində həmçinin iştirakçıların Azərbaycanın maraqlı və görməli yerlərinə səfərlərini də təşkil etməyi yaddan çıxarmadı. Çarpaz görüşlər tədbirlərindən sonrakı istirahət saatlarında sessiya iştirakçıları qonaq qaldıqları rayonların tarixi və görməli yerlərinə baş çəkdilər, tarixi, yerli adət-ənənə, süfrə mədəniyyəti və mətbəxi ilə yaxından tanış oldular. Eyni zamanda, Azərbaycanın müxtəlif bölgələrindən gəlmiş iştirakçılar təməli yeni qoyulmuş tanışlıqlarını dostluq bağları ilə möhkəmləndirdilər.

    VI Zonalararası Qarşılıqlı Görüşlər Sessiyasının yekunu 30 avqust tarixinə təsadüf elədi. Həmin gün iştirakçılar və qonaqlar Gəncə şəhərində “İcma nailiyyətləri” sərgisi ilə tanış oldular. Böyük maraqla qarşılanan sərgidə Şimal, Şimal-Qərb, Muğan-Salyan və Naxçıvan zonalarının kənd təsərrüfatı məhsullarından spesifik örnəkləri nümayiş etdirildi. Sərgidən sonra “Biz nə gördük, nə öyrəndik, nə tövsiyyə etdik?” başlığı altında zona nümayəndələrinin təmsil olunduğu qrup işləri start aldı. İştirakçılar icmaların fəaliyyətlərindəki güclü və zəif tərəfləri, görüşlər zamanı əldə olunan təcrübələri, öyrənilmiş dərsləri və yaddaşlara həkk olunan unudulmaz anları təfsilatı ilə yekun konfransda bütün iştirakçıların nəzərinə çatdırdılar və gələcək üçün tövsiyyələrini verməyi də unutmadılar

    Konfransın sonuna yaxın, altı günlük Qarşılıqlı Görüşlər Sessiyasının hər bir gününü ətraflı şəkildə təsvir edən 20 dəqiqəlik film iştirakçılara nümayiş etdirildi. Sonda isə bir qrup təqdimatçı və qonaqlara AzKİL-i simvolizə edən xatirə hədiyyələri təqdim edildi və bununla da altı gün davam etmiş Qarşılıqlı Görüşlər Sessiyası öz işinə yekun vurdu.

    Bölmələr: ---