» İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin həyata keçirdiyi "Tibb Məntəqəsinin Tikintisi" layihəsinin Açılış Mərasimi

İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin həyata keçirdiyi "Tibb Məntəqəsinin Tikintisi" layihəsinin Açılış Mərasimi

Baxılıb: 509

  • Tarix: 11-07-2014, 11:47
  • Türkoba icması Masallı rayon mərkəzindən 20 km. aralıda yerləşir. Kənddən müasir tələblərə cavab verən tibb məntəqəsi binası olmadığı üçün, məntəqə yararsız vəziyyətdə olan uyğunlaşdırılmış binada yerləşmişdi. Ona görədə əhaliyə göstərilən tibbi xidmət də qeyri-qənaətbəxş idi. Yoluxucu xəstəliklərin gündən günə artdığı bir şəraitdə uşaqlara vaxtında və keyfiyyətli peyvənd olunmurdu. Kənd rayon mərkəzindən uzaq oldugu ücün rayon mərkəzi xəstəxanasına, xüsusən də qış aylarında və gecə vaxtı müraciət etmək icma sakinləri üçün böyük çətinliklər yaradırdı. Bu promlemi həll etmək üçün Türkoba icmasında AzKİL2-nin maddi vəsaiti hesabına "Tibb Məntəqəsinin Tikintisi" layihəsi uğurla həyata keçirilib. Layihə çərçivəsində eni 10,2 metr və uzunluğu 9,2 metr olan 4 otaqlı tibb məntəqəsi tikilərək hasara alınıb. Həyətdə bir tonluq su çəni estakada ilə birlikdə quraşdırılıb, bir gözlü ayaqyolu, eləcə də çirkab suların axıdılması üçün quyu qazılıb. Layihənin nəticəsi olaraq Türkoba icmasında 3,600 nəfər əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti yaxşılaşacaq. Uşaqların peyvəndlənməsi vaxtında aparılacaq ki, bu da yoluxucu xəstəliklərə tutlma hallarının sayını azaldacaq. Bundan sonra rayon mərkəzi xəstəxanasına getməyə ehtiyac qalmayacaq ki, bu da öz növbəsində yol xərclərinə qənaət olunması deməkdir.

    Layihənin açılışında Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynov, İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin direktoru Sübhan Əsgərov, AzKİL2 Muğan-Salyan zonası üzrə Proqram Mütəxəssisi Fəridə Eminova, Türkoba icra nümayəndəsi Niyaməddin Məmmədov, Türkoba icma qrupunun sədri Əfqan İbrahimov, kənd ağsaqqalları və ziyalılar, eləcədə AzKİL2-nin Bakıdan və regionlardan olan işçi heyəti iştirak etdilər.Tədbirdə həmçinin yerli televiziya kanallarının əməkdaşları təntənəli açılış barədə reportaj yayımlamaq üçün çəkiliş apardılar. İştirakçılar öz çıxışlarında Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən ölkədə uğurla davam etdirilən iqtisadi inkişaf strategiyasının bariz nümunəsi olan ”İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi”nin müstəsna mövqe və təqdirəlayiq xidmətlərini vurğulayaraq bu layihənin həyata keçirildiyi icma sakinlərini ürəkdən təbrik etdilər. Kənd ağsaqqaları və ziyalılar onların problemlərinin həllində göstərilən diqqətə görə Azərbaycan Hökumətinə, Masallı Rayon İcra Hakimiyyətinə, AzKİL2-yə və Dünya Bankına öz minnətdarlıqlarını bildiriblər. Rəmzi qırmızı lent kəsilməsinin və istismara verilən layihəyə birgə baxışın ardından Türkoba kəndinin özfəaliyyət ansamblı rəngarəng konsert proqramı ilə çıxış etdi. Tədbirdə iştirak edən yerli kütləvi informasiya vasitələrinin nümayəndələrinin hazırladıqları reportajlar həmin axşam xəbər bülletenlrində yayımlandı.

    Bölmələr: ---