» İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin həyata keçirdiyi "Yem Sexinin Tikintisi" layihəsinin Açılış Mərasimi

İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin həyata keçirdiyi "Yem Sexinin Tikintisi" layihəsinin Açılış Mərasimi

Baxılıb: 770

  • Tarix: 30-06-2014, 12:15
  • İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi tərəfindən həyata keçirilmiş növbəti pilot gəligətirən layihənin açılış mərasimi 22 iyun, 2014-cü il tarixdə Biləsuvar rayonunun Yuxarı Ağalı icmasında düzənləndi. Yuxarı Ağalı icması Biləsuvar rayon mərkəzindən 8 km. aralıda yerləşir. Burada heyvandarlıq sürətlə inkişaf etməsinə və eyni zamanda yem istehsalı üçün kifayət qədər xammal olmasına baxmayaraq kənardan yem məhsulları baha qiymətə gətirilirdi. Bundan əlavə hər bir ailədən olan məktəbli oğlan uşaqları mal-qaranın otarılması üçün dərslərdən qalmaq məcburiyyətində idilər ki, bu da onların təhsilində müəyyən fasilələrə səbəb olurdu. Məhz bu səbəblərdən icmada yem sexinin tikilməsinə böyük ehtiyac vardı.
    Bu promlemi həll etmək üçün Yuxarı Ağalı icmasında AzKİL2-nin maddi vəsaiti hesabına "Yem Sexinin Tikintisi" layihəsi uğurla həyata keçirilib. Layihə çərçivəsində eni 5 m. və uzunluğu 5 m. olan yem sexi üçün bina tikilərək hasara alınıb. Həyətdə bir ədəd talvar, bir tonluq su çəni estakada ilə birlikdə quraşdırılıb, bir gözlü vanna otağı və bir ayaqyolu, eləcə də çirkab quyusu tikilib. Layihənin nəticəsi olaraq Yuxarı Ağalıda yeni iş yerləri açılacaq, icma sakinləri daha ucuz qiymətə yem məhsuları əldə edə biləcəklər. Artıq rayon mərkəzinə və kənar rayonlara nəqliyyat xərci cəkərək yem gətirilməsinə ehtiyac olmayacaq. Əldə olunan gəlirdən icmanın sosial problemlərinin həllində istifadə olunacaq. Bu layihədən Yuxarı Ağalı icması ilə yanaşı, həmçinin qonşu Muğan, Ağalıkənd və Əmənkənd icmalarının üzvləri və qonşu Cəlilabad rayonunun Üçtəpə, Gülməmmədli icmalarının fermerləri də faydalanacaqlar.
    Layihənin açılışında Biləsuvar Rayon İcra Hakimiyyətinin nümayəndələri, Dünya Bankının İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi üzrə Tapşırıq qrupunun rəhbəri Daniel Ouen, DB ekspertləri, AzKİL2-nin direktor müavini, İcma İnkişafı və Bacarıqların Artırılması üzrə menecer Gülbəniz Qənbərova, AzKİL2 Muğan-Salyan zonası üzrə Proqram Mütəxəssisi Fəridə Eminova, Yuxarı Ağalı icra nümayəndəsi Məhəmməd Fətəliyev, bələdiyyə sədri Etibar Əcəmov, Yuxarı Ağalı icma qrupunun sədri Sirxan Zalıyev, Biznes Qrupunun üzvü Qənimət Mahmudova, kənd ağsaqqalları və ziyalılar, eləcədə AzKİL2-nin Bakıdan və regionlardan olan işçi heyəti iştirak etdilər. Kənd ağsaqqaları və ziyalılar onların problemlərinin həllində göstərilən diqqətə görə Azərbaycan Hökumətinə, Biləsuvar Rayon İcra Hakimiyyətinə, AzKİL2-yə və Dünya Bankına öz minnətdarlıqlarını bildiriblər. Rəmzi qırmızı lent kəsilməsinin və istismara verilən layihəyə birgə baxışın ardından Yuxarı Ağalı kəndinin özfəaliyyət ansanblı rəngarəng konsert proqramı ilə çıxış etdi. Tədbirdə iştirak edən yerli kütləvi informasiya vasitələrinin nümayəndələrinin hazırladıqları reportajlar həmin axşam xəbər bülletenlrində yayımlandı.

    Bölmələr: ---