» Materiallar 10.07.2018

 
 
 

Sumağallı icmasında xalça və şirniyyat sexlərinin açılışı baş tutdu

baxılıb: 125

  • Tarix: 10-07-2018, 12:10
  • İyulun 4-də İsmayıllı rayonu Sumağallı icmasında ARZU Qadın İnkişaf Qrupunun öz daxili imkanları hesabına yaratdıqları Xalça sexi və Şirniyyat sexi nin açılış mərasimi keçirildi. Tədbirdə İsmayıllı rayon İcra Hakimiyyəti, Uşaq və Ailələrə Dəstək Mərkəzi, AzKİL əməkdaşları eləcə də Ağdam rayonu Zəngişallı icmasından QARABAĞ Qadın İnkişaf Qrupu, Balakən rayonu Qaysa icmasından NOVRUZ Qadın İnkişaf Qrupunun üzvləri və kənd sakinləri fəal iştirak etdilər.

    Sumağallı icmasında xalça və şirniyyat sexlərinin açılışı baş tutdu




    Bölmələr: ---

     

    DISTANT İNFORMASİYA VƏ MƏSLƏHƏT XİDMƏTİ

    baxılıb: 69

  • Tarix: 10-07-2018, 11:57
  • EVESOR Qadın İnkişaf Qrupunun həftəlik iclaslarında ev təsərrüfatlarındakı quşlar arasında ölum halları haqqında müzakirələrin nəticəsi olaraq AzKİL-in Gəlirgətirən Layihələr üzrə Mütəxəssisi Əhməd Əliyev məsləhət xidməti üçün F. Məlikov adına Elmi Tədqiqat Heyvandarlıq İnstitutuna muraciət etdi

    DISTANT İNFORMASİYA VƏ MƏSLƏHƏT XİDMƏTİ



    Bölmələr: ---

     

    Bahar qrupu bir sıra yeniliklərə imza atıb

    baxılıb: 131

  • Tarix: 10-07-2018, 11:42
  • Masallı rayon Çaxırlı icmasında fəaliyyət göstərən Bahar qrupu son günlər icmada xeyli yeniliklər ediblər. Onlar həm özlərini tanıtmağa, həm insanları ictimai işə alışdırmağa can atırlar. Kənddə olan təqribən 500 metrlik ən çox zibil atılan əraziyə toplaşan qrup üzvləri həmin ərazidə olan bütün zibilliklərin yığılıb daşınmasına, orada olan yolkənarı arxların təmizlənməsinə nail olublar. Belə gözəl nümunə göstərən Bahar qrupu növbəti həftə kənd sakinləri ilə birgə bütün ərazilərdə təmizlik işləri aparılması və təmizlənən ərazilərə plakatlar vurulmasını nəzərdə tutublar.

    Bahar qrupu bir sıra yeniliklərə imza atıb

    Bölmələr: ---

     

    Zəngişalı icmasında "Tikiş Atelyesi"nin açılışı oldu

    baxılıb: 70

  • Tarix: 10-07-2018, 11:38
  • 27 İyun, 2018-ci il tarixdə Ağdam rayonunun Zəngişalı icmasında "Qarabağ" Qadın İnkişaf Qrupunun yenicə təşkil etdiyi "Tikiş Atelyesi"nin açılışı oldu. Açılışda Ağdam rayonu İcra Hakimiyyətinin rəhbəri, AzKİL -2 Direktor müavini Gülbəniz xanım və Qadınaların İqtisadi Səlahiyyətlənməsi Proqramının fəaliyyət zonalarındakı Qadin İnkişaf Qruplarının nümayəndələr iştirak etdi. Tədbir boyunca AzKİL-2-nin Qadınların İqtisadi Səlahiyyətlənməsi Proqramından, Qadınların Qrup halında birləşərək öz imkanları hesabına yaratdıqları kiçik bizneslər haqqında çıxışlar və təbriklər edildi.

    Zəngişalı icmasında "Tikiş Atelyesi"nin açılışı oldu


    Bölmələr: ---

     

    Əvəsor Qadın İnkişaf Qrupu xeyriyyə görüşü təşkil etdi

    baxılıb: 98

  • Tarix: 10-07-2018, 11:30
  • Lənkəran rayonunun Separadi icmasında fəaliyyət göstərən Əvəsor Qadın İnkişaf Qrupu xeyriyyə görüşü təşkil etdi. Qrup üzvləri kənddə yaşayan kimsəsiz tənha qadın Gülnisə nənənin ziyarətinə getdilər. Qrup üzvləri ona ehtiyacı olan ərzaq məhsullarını alıb apardı. Ziyarət zamanı qərara alındı ki, müntəzəm olaraq Əvəsor qrup üzvləri Gülnisə nənəyə baş çəksin və ona lazımi köməklik göstərsinlər. Xeyirxah işnizə uğurlar olsun Əvəsor qrupu !

     Əvəsor Qadın İnkişaf Qrupu xeyriyyə görüşü təşkil etdi

    Bölmələr: ---

     
    Geri İrəli