İlk təşəbbüsünün uğurla nəticələnməsindən ruhlanan Balakən rayonu Qaysa kəndindəki “Novruz” qadın inkişaf qrupunun üzvləri bu uğurun davamını gətirmək üçün növbəti bir addım atmağı qərara aldı. Belə ki, qrup növbəti görüşündə icmada yaşayan aztəminatlı ailələrin uşaqlarına geyim və məktəbli ləvazimatı ilə kömək etmək məsələsini müzakirə etdi.