AzKİL-2-nin "İcma şəbəkələşməsi" çərçivəsində bu gün Qarabağ zonasının Regional Əməliyyatlar Ofisində 3 icma arasında keçirilən Qarşılıqlı Mübadilə Görüşü öz işini başa çatdırdı. Beyləqan rayonu Gödəklər icması, Ağdam rayonu Alıbəyli icması, Ağcabədi rayonu Qaraxanlı icmalarının qatıldığı bu tədbirdə “İcma Qrup üzvləri “İcma layihələrində qadınların rolu” mövzusunda icma layihələrinin seçimində, hazırlanmasında və faydalanmada qadınların necə iştirak etdiyini, bunlarla yanaşı nəyi bacara bilmədiklərini və səbəblərini, eyni zamanda gələcək plan və istəklərindən də söz edərək öz təcrübələrini bir-birlərinə ötürməyi bacardılar və yeni təkliflər verməyi də vacib hesab edərək fəallıqlarını göstərə bildilər.