» Materiallar 27.12.2017

 
 
 

Nazirlik kənd icmalarını Dünya Bankının prinsipləri ilə tanış edir

baxılıb: 24

  • Tarix: 27-12-2017, 17:33
  • Kənd Təsərrüfatı Nazirliyi Dünya Bankı ilə yeni başlayacaq layihəyə hazırlıq məqsədilə icmaları təşkilatın ekoloji və sosial idarəetmə prinsipləri ilə tanış edir. Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti Dünya Bankı ilə birgə həyata keçirdiyi Azərbaycan Kənd İnvestisiya Layihəsinin (AzKİL) növbəti – 3-cü mərhələsinə hazırlıq məqsədilə regional təlimlərə başlayıb.

    Nazirlik kənd icmalarını Dünya Bankının prinsipləri ilə tanış edir



    Bölmələr: ---

     

    Göygöl şəhərində Ekologiya və Sosial İdarəetmə üzrə sənədinin dinləməsi baş tutdu

    baxılıb: 16

  • Tarix: 27-12-2017, 09:08
  • Bu gün Şimal-Qərb Regional Əmiliyyatlar Ofisinin təşkilatçılığı ilə Göygöl şəhərində “AzKİL-3 Ekologiya və Sosial İdarəetmə üzrə Çərçivə Sənədi” nin təqdimatı və geniş müzakirəsi həyata keçirildi. Görüşdə AzKİL LİQ İcma inkişafı və Bacarıqların artırılması üzrə menecer Gülbəniz Qənbərova, Şimal-Qərb zonası üzrə Proqram mütəxəssisi Xudayar Gülmalıyev, Göygöl rayon İcra Hakimiyyətində şöbə müdiri İlqar Məmmədov, AzKİL LİQ Ətraf mühit üzrə ekspert Telman Zeynalov, Şimal-Qərb zonasının 7 rayon üzrə 23 icması və regionda fəaliyyət göstərən Ekoloji Renesans İctimai Birliyi, Gəncə Avro-Atlantik Məlumat Mərkəzi İctimai Birliyi, Bilik və İnnovasiya İctimai Birliyinin təsisçiləri tədbirdə iştirak etdilər.

    Göygöl şəhərində Ekologiya və Sosial İdarəetmə üzrə sənədinin dinləməsi baş tutdu

    Bölmələr: ---