» Materiallar Oktyabr 2016 il

 
 
 

İsmayıllı şəhərində Öyrənilmiş Dərslər seminarı

baxılıb: 229

  • Tarix: 31-10-2016, 14:07
  • İsmayıllı şəhərində, AzKİL-2 Şimal zonasının regional ofisində İcma layihələrinin mərhələlərini əhatə edən və həmçinin Birləşdirici yol layihələrivə Gəlirgətirən fəaliyyətlər üzrə öyrənilmiş dərslər seminarı keçirildi. Seminarda Dünya Bankının AzKİL üzrə Tapşırıq Qrupunun rəhbəri Daniel Ouven, yeni təyin olunmuş menecer Satoşi İşihara, AzKİL 2 Direktoru Sübhan Əsgərov, AzKil 2 nin fəaliyyət göstərdiyi 6 zonanın Regional ofislərinin Proqram Mütəxəssisləri və işçiləri, Layihə Köməkçi heyətinin nümayəndələri iştirak etdilər.

    İsmayıllı şəhərində Öyrənilmiş Dərslər seminarı


    Bölmələr: ---

     

    Arbatan icmasında İştiraklı Kənd Qiymətləndirilməsi Seminarı

    baxılıb: 222

  • Tarix: 17-10-2016, 22:27
  • Növbəti İştiraklı Kənd Qiymətləndirilməsi Seminarı Salyan rayon Arbatan icmasında həyata keçirildi. Səfərbərlik alətləri maraqla qarşılandı. Kənd tarixçəsi prosesinə icma üzvləri xüsusi həvəslə qoşuldular. Arbatan əhalisi əsasən İran və Şamaxıdan gəlmədilər. İrandan gələn karvanlar bu əraziyə ayın batdığı müddətdə çatdığı üçün, kəndin adi əvvəlllər Aybatan olub, sonralar təhrif olunaraq Arbatan deyə çağırılıb.

    Arbatan icmasında İştiraklı Kənd Qiymətləndirilməsi Seminarı

    Bölmələr: ---

     

    Qarabağda Zonadaxili Qarşılıqlı Görüşlər Sessiyası

    baxılıb: 96

  • Tarix: 17-10-2016, 22:23
  • AzKİL-2-nin əsas komponentlərindən biri olan Bacarıqların Artırılması komponenti səfərbərlik seminarları, təlimlərlə yanaşı həm də "icma şəbəkələşməsi" kimi fəaliyyətlər əsasında da reallaşdırılır. Buna görə də İcma inkişafında nəzərə çarpacaq dərəcədə əhəmiyyəti olan, əsas fəaliyyətini icmaların inkişafı üçün faydalı təcrübələrin və öyrənilmiş dərslərin yayilması, icmaların biri-birinə inteqrasiya etməsi, birgə layihə həyata keçirmək və planlaşdırma, işgüzar əlaqələrin qurulması və s. əsasında qurulan İcma şəbəkələşməsinin bünövrəsi isə Zonadaxili qarşılıqlı görüşlər vasitəsilə öz işinə başlayır.

    Qarabağda Zonadaxili Qarşılıqlı Görüşlər Sessiyası

    Bölmələr: ---

     

    ŞƏMKİR Rayonu Yuxarı Seyfəli Bələdiyyəsi

    baxılıb: 156

  • Tarix: 10-10-2016, 09:25
  • Yuxarı Seyfəli kəndinin yolları İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi tərəfindən təmir olunaraq sakinlərin istifadəsinə verildi. Yuxarı Seyfəli bələdiyyəsi və Yuxarı Seyfəli kənd sakinləri adından İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin rəhbərliyinə və əziyyəti keçən bütün əməkdaşlarına minnətdarlığımızı bildiririk.

    ŞƏMKİR Rayonu Yuxarı Seyfəli Bələdiyyəsi

    Bölmələr: ---