» Materiallar Sentyabr 2016 il

 
 
 

Gəlirgətirən layihələr üzrə məlumat yayımı

baxılıb: 200

  • Tarix: 23-09-2016, 14:23
  • Bu gün AzKİL 2 Muğan- Salyan zonasının Sabirabadda yerləşən Regional Ofisində Gəlir Gətirən layihələrlə bağlı müraciət edən icmaları təmsil edən qruplarla görüş keçirildi. Görüşdə AzKİL 2 Direktor müavini, İcma İnkişafı və Bacarıqların Artırılması üzrə Menecer Gülbəniz xanım Qənbərova, Muğan- Salyan RƏO-nun Proqram Mütəxəssisi Fəridə xanım Eminova, İcma Əsaslı Gəlirgətirən Layihələr üzrə Mütəxəssis Əhməd Əliyev, Sabirabad rayonu Axtaçı-Muğan , Nərimankənd icmaları, Saatlı rayonu Qara Nuru və Mollavaizli icmaları iştirak etdilər.

    Gəlirgətirən layihələr üzrə məlumat yayımı


    Bölmələr: ---

     

    Gəlirgətirən fəaliyyətlər üzrə öyrənilmiş dərslər

    baxılıb: 248

  • Tarix: 23-09-2016, 14:19
  • Bu gün Muğan- Salyan zonasının Sabirabad ofisində Gəlir Gətirən fəaliyyətlər üzrə öyrənilmiş dərslər mövzusunda seminar keçirildi. Seminarda AzKİL 2 Direktor müavini, İcma İnkişafı və Bacarıqların Artırılması üzrə Menecer Gülbəniz xanım Qənbərova, Muğan- Salyan RƏO-nun Proqram Mütəxəssisi Fəridə xanım Eminova, İcma Əsaslı Gəlirgətirən Layihələr üzrə Mütəxəssis Əhməd Əliyev , Inkubator layihələrinin təmsilçiləri - Balakən rayonu Qaysa icması,Masallı rayonu Çaxırlı icması , Lənkəran rayonu Separadi icması, Sabirabad rayonu Həsənli icması və Saatlı rayonu Kamallı icmasında fəaliyyət göstərən İnkubator sexinin fəaliyyətini təmin edən Biznes Qrup üzvləri və həmin icmaların Bələdiyyə üzvləri iştirak etdilər.

    Gəlirgətirən fəaliyyətlər üzrə öyrənilmiş dərslər

    Bölmələr: ---

     

    Uğur klasterinin İştiraklı Kənd Qiymətləndirməsi Seminarı

    baxılıb: 161

  • Tarix: 19-09-2016, 16:48
  • AzKİL ilə əməkdaşlıqda uğur qazanan icmalarımızdan Goranboy rayonu Bağçakürd, Ağamalıoğlu və Dəyirmanlar icmalarında üç icmanı birləşdirən Uğur klasterinin İştiraklı Kənd Qiymətləndirməsi Seminarı həyata keçirildi. Bu icmaların AzKİL ilə əməkdaşlıqları uzun illərdir ki davam edir. Hər üç kənddə baş tutan görüşlərdə ayrı-ayrılıqda icma sakinləri Klaster layihələri barədə geniş məlumat aldıqdan sonra qruplara ayrılaraq icmadakı resursları və 3 kəndin ortaq problemlərini analiz etdilər.

    Uğur klasterinin İştiraklı Kənd Qiymətləndirməsi Seminarı




    Bölmələr: ---

     

    Qusar rayonunun Gilahoba icması

    baxılıb: 396

  • Tarix: 19-09-2016, 16:45
  • Gilahoba kəndinin yaranma tarixi orta əsrlər dövrünə təsadüf edir. Azərbaycanda ərəb xilafətinin hakimiyyəti bərqərar olmasından sonra əhali Qileh dağ kəndindən (Dağıstanda yerləşir) Qusar rayonunun Qılah kəndinə və sonralar Gilahoba kəndinə köç etmişlər. Gilah sözü Qilet (ləzgicə-baş,yuxarı, hündür) sözündən yaranmışdır ki, başda,yuxarıda,hündürdə yaşayanlar mənasını verir. El arasında Gilah sözünü bəzən baş kəsən (ləzgicə- qil atay, qilehar) mənasında da işlədirlər.

    Qusar rayonunun Gilahoba icması

    Bölmələr: ---

     

    FƏRQLİ BİR UĞURA İMZA ATAN QUSAR RAYONUNUN LƏCƏT İCMASI

    baxılıb: 336

  • Tarix: 19-09-2016, 16:41
  • Azərbaycan Kənd İnvestisiya Layihəsinin hər növbəti uğuruna bir hekayə yazılır. Hər il davamlı şəkildə bu hekayələrin sayının artması bizim uğurlarımızın sayının artmasından xəbər verir. Haqqında yazılan bu hekayəmiz Qusar rayonunun Ləcət icmasında yaşayan, AzKİL-in insan kapitalı kimi növbəti kəşfi olan Ləcət monitorinq qrupu üzvü Sultanxanım Şıxverdiyevanın imza atdığı uğur barəsindədir.

    FƏRQLİ BİR UĞURA İMZA ATAN QUSAR RAYONUNUN LƏCƏT İCMASI

    Bölmələr: ---

     
    Geri İrəli