» Materiallar 30.05.2016

 
 
 

Salyan rayonunun Parça-Xələc icması

baxılıb: 724

  • Tarix: 30-05-2016, 13:46
  • Salyan rayonunda ilk İKQ seminarı Parça-Xələc icmasında baş tutdu. Parça-Xələc icması rayon mərkəzindən 30 km məsafədə yerləşir. İcmaya gələndə, təyin olunmuş vaxta 15 dəqiqə qalmasına baxmayaraq, insanların mədəniyyət evində yığışıb bizi gözlədiklərinin şahidi olduq. Əhali səfərbərçilər komandasını xüsüsi doğmalıqla qarşıladı. Kənd tarixçəsi aparılan zaman məlum oldu ki, əhali əsasən İran və Şamaxıdan gəlmələrdir. 22 türk tayfalarından birinin adı Xələc olub. Xələc tayfası parçalanıb, bir hissəsi bu ərazidə yerləşib, ona görə də kənd Parça-Xələc adlandırılıb.

    Salyan rayonunun Parça-Xələc icması

    Bölmələr: ---

     

    Gədəbəy rayonu Zəhmətkənd icması

    baxılıb: 478

  • Tarix: 30-05-2016, 13:43
  • Gədəbəy rayonu Azərbaycanın ən səfalı və əsrarəngiz təbiəti ilə yanaşı, ən qədim insan yaşayış məskənlərindən biridir. Tarixi çox qədim olan Gədəbəy həmçinin faydalı qazıntıları, mineral suları ilə də məhşurdur. Cənubi Qafqazda ilk dəmir yolu, Çar Rusiyasında ilk su elektrik stansiyası məhz bu rayonun ərazisində tikilmişdir.

    Gədəbəy rayonu Zəhmətkənd icması

    Bölmələr: ---

     

    Qusar rayonu Urva icması

    baxılıb: 1122

  • Tarix: 30-05-2016, 13:40
  • dağ kəndlərindən növbətisidir. Məhsuldar və bərəkətli torpağı olan bu kəndin əhalisinin əsas məşğuliyyəti isə maldarlıq və əkinçilikdir. Etnik tərkibinə görə əsasən ləzgilərdən ibarət olan Urva icmasında ilk məskunlaşmanın XVIII əsrə təsadüf etdiyi müəyyən olunmuşdur. Kəndin içməli suya olan tələbatı kənd ərazisində olan çoxsaylı nohurların hesabına ödənirmiş. Hələ qədimdən bu ərazidə su nohurlarının çoxluğuna görə kəndin adı əhalinin tələffüzündən Virver kimi ifadə olunarmış. Vir ləzgi dilində nohur deməkdir.

    Qusar rayonu Urva icması

    Bölmələr: ---

     

    Gədəbəy rayonunun Çay Rəsullu icması

    baxılıb: 496

  • Tarix: 30-05-2016, 13:37
  • AzKİL-2 çərçivəsində növbəti səfərbər olunmuş icma Gədəbəy rayonu Çay Rəsullu icması oldu. Çay Rəsullu Gədəbəy rayonunun düşmənlə üz-üzə dayanmış, atılan top mərmilərinə, düşmən güllələrinə layiqincə sinə gərmiş ucqar, eyni zamanda qədim tarixə malik olan bir dağ kəndidir. Kənd əhalisi çay boyunca məskunlaşdığından icmanı Çay Rəsullu adlandırmışlar.

    Gədəbəy rayonunun Çay Rəsullu icması

    Bölmələr: ---

     

    Xaçmaz rayonunun Qıraqlı kəndi

    baxılıb: 744

  • Tarix: 30-05-2016, 13:34
  • Xaçmaz rayonun Qıraqlı kəndi rayon mərkəzindən qərb istiqamətdə, Qusar rayonu ilə sərhəddə yerləşir. Kənd Samur-Abşeron kanalı ilə Qusarçay çayının kəsişməsindən 350 metr şərq istiqamətindədir. Qıraqlıda kənd təsərrüfatı sahəsi geniş inkişaf edib. Burada aqrar sahənin bağçılıq, tərəvəzçilik istiqamətləri daha çox diqqət çəkir. Bunula yanaşı kənddə heyvandarlıq, arıçılıq və digər kənd təsərrüfatı sahələri də genişlənməkdədir.

    Xaçmaz rayonunun Qıraqlı kəndi

    Bölmələr: ---