Tarixin yadigarı olan, hündür təpəliklər üzərində saılnmış Hil kəndi dəniz səviyyəsindən təxminən 850 m hündürlükdə Şahdağ tərəfdən əzəmətli “Suval” meşələrinin əhatəsində yerləşir. Hil qədim ləzgi kəndi olub,zəngin tarixə və ənənələrə malik kənddir. Belə müyyən olunur ki, kəndin adı onun əsasını qoymuş qədim alban tayfaları ilə bağlıdır.