Bala Həşimxanlı icması Sabirabad rayon mərkəzindən 54 km məsafədə, rayonun cənub-qərbində yerləşir. Kənddə məskunlaşma keçən əsrin əvvəllərində başlayıb. Əhali əsasən Şamaxıdan gəlmədir. Fokus qrup görüşü zamanı səfərbərliyin tarixi təyin edilmişdi. Səfərbərlik keçiriləcək gün güclü leysan yağış yağırdı.