» Materiallar Mart 2016 il

 
 
 

Saatlı rayonunun Məmmədli icmasında İKQ seminarı

baxılıb: 448

  • Tarix: 7-03-2016, 22:50
  • Məmmədli icması Saatlı rayon mərkəzindən 22 km məsafədə yerləşir. Əhali kənddə 1924-cü ildə məskunlaşıb.İlk ailələr Saatlı rayonunun Qıraqlı və Mustafabəyli kəndindən gəlmələrdir.İlk yerləşən ailənin soyadı Məmmədov olduguna görə kənd Məmmədabad adland ırılmışdır. Küləkli və çiskinli hava olmasına baxmayaraq icmaya yaxınlaşdıqda əhalinin məktəbin qarşısında yığışıb bizi gözlədiklərin şahidi olduq.

    Saatlı rayonunun Məmmədli icmasında İKQ seminarı

    Bölmələr: ---

     

    Saatlı rayonunun Genişli icmasında İKQ seminarı

    baxılıb: 446

  • Tarix: 4-03-2016, 14:09
  • Günəşli bir gündə Saatlı rayonunun Genişli icmasında İKQ seminarı keçirildi. Seminar Genişkənd məktəbinin idman zalında təşkil olunmuşdu. İcmanın bütün təbəqələri - sosial qrupların təmsil olunduğu tədbirdə 194 nəfər iştirak edirdi. Kənd tarixçəsi prosesi zamanı məlum oldu ki, kəndin əsasını 1924 cü ildə ilk dəfə bura köç edən 7 ailə qoyub və qısa müddət ərzində əhalinin geniş axını sayəsində kənd statusunu almışdır. Ərazinin böyüklüyü və əhalinin axını nəzərə alınaraq, kəndə Genişlikənd adı verilib.

    Saatlı rayonunun Genişli icmasında İKQ seminarı

    Bölmələr: ---

     

    Bərdə şəhərində Qadın İştirakı mövzusunda Regional Konfrans

    baxılıb: 826

  • Tarix: 4-03-2016, 11:29
  • Bu gün Bərdə şəhərində icma layihələrində qadın iştirakı mövzusunda Regional Konfransı keçirildi. Konfransın işində Bərdə rayon İcra Hakimiyətinin nümayəndəsi Əhməd Qarayev, AzKİL-2 Direktor müavini/İcma İnkişafı Meneceri Gülbəniz xanım Qənbərova, Bərdə, Ağcabədi, Ağdam və Beyləqan icmalarını təmsil edən nümayəndələri iştirak edirdilər.

    Bərdə şəhərində Qadın İştirakı mövzusunda Regional Konfrans

    Bölmələr: ---

     

    Ötən il Bərdənin kəndlərində 26 layihə icra olunub

    baxılıb: 460

  • Tarix: 2-03-2016, 09:28
  • Azərbaycan hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi Azərbaycan Kənd İnvestisiya Layihəsi (AzKİL) çərçivəsində 2015-ci ildə Bərdə rayonunun kəndlərində 26 layihə həyata keçirilib. Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, Bərdənin Məmmədli və Kolayır kəndlərində süd toplama məntəqəsi inşa edilib. Soğanverdilər, Gülgəzli, Qazaxlar, Uğurbəyli, Böyük Göyüşlü, Kolayır, Otuzikilər, Şorəlli, Muğanlı, İkinci Hacallı kəndlərinin qəbiristanlıqlarında abadlıq işləri aparılaraq 5540 metr hasar hörülüb, 2 çən quraşdırılıb, 520 metr su xətti çəkilib, 7 bulaq və 9 talvar tikilib. İkinci Hacallı, Tumaslı, Mustafaağalı, Körpüsındıran, İkinci Nazırlı kəndlərində 5 ədəd çən quraşdırılıb, 23,19 kilometr içməli su xətti çəkilib, küçələrdə 55 bulaq tikilib.

    Ötən il Bərdənin kəndlərində 26 layihə icra olunub

    Bölmələr: ---

     

    Ağstafa rayonu Aşağı Göycəli icmasında informasiya görüşü

    baxılıb: 746

  • Tarix: 2-03-2016, 09:23
  • Təcrübəli icmalarımızdan olan Ağstafa rayonu Aşağı Göycəli icması AzKİL-2 ilə əməkdaşlığı davam etdirərək növbəti layihəni həyata keçirmək üçün Şimal-Qərb RƏO-ya müraciət etmişdir. Müraciəti nəzərə alaraq AzKİL-2 ilə növbəti əməkdaşlıq üçün seçim metodologiyasına uyğun olaraq qiymətləndirmə aparılmış və 38 bal toplayaraq uğurlu icma kimi qiymətləndirilmişdir. Daha sonra əməkdaşlıq üçün icmada informasiya görüşünün keçirilməsinə qərar verildi.

    Ağstafa rayonu Aşağı Göycəli icmasında informasiya görüşü

    Bölmələr: ---

     
    Geri İrəli