» Materiallar Mart 2016 il

 
 
 

Kəpənəkçi icmasında "Tibb Məntəqəsinin Bərpası" layihəsinin Açılış Mərasimi

baxılıb: 818

  • Tarix: 18-03-2016, 12:09
  • Kəpənəkçi icması Zaqatala rayon mərkəzindən 30 km məsafədə yerləşir. Kəndin tibb məntəqəsi 80-ci illərin sonunda tikilmişdi. Buradakı şəraitsizlik məntəqənin işçilərinin fəyyətini məhdudlaşdırır, icma sakinlərinin tibbi ehtiyaclarının ödənilməsinə imkan vermirdi. Kəndin rayon mərkəzinə uzaq ərazidə yerləşməsi və yaxınlıqda tibb məntəqəsinin olmaması əhalinin hər dəfə tibbi xidmət alması ilə bağlı uzaq məsafə qət edərək rayon mərkəzinə getməsinə, həmçinin vaxt və pul itgisinə səbəb olurdu. Bu problemi həll etmək üçün Kəpənəkçi icmasında AzKİL2-nin maddi vəsaiti hesabına "Tibb Məntəqəsinin Bərpası" layihəsi uğurla həyata keçirilib.

    Kəpənəkçi icmasında "Tibb Məntəqəsinin Bərpası" layihəsinin Açılış Mərasimi

    Bölmələr: ---

     

    Oğuz rayonu Mücrüm Kərim icmasında İKQ seminarı

    baxılıb: 856

  • Tarix: 18-03-2016, 11:00
  • Buludlu yaz günlərinin birində İKQ seminarının keçirilməsi üçün üz tutduğumuz infrastrukuturu zəif olan növbəti icmalarımızdan biri də qədim Oğuz elinin özünəməxsus cəhətləri və əhalisi ilə fərqlənən Mücrüm Kərim icması oldu. Seminar kənd orta məktəbinin iclas zalında baş tutdu. Köhnə və yarımçıq tikili olan orta məktəb binasının bu təmirsiz iclas zalının bayram əhval ruhiyyəsində bəzənməsi və əhalinin zaldakı oturacaqları dolduraraq hətta qapı arxasından iclası izləməsi Mücrüm Kərim icmasının layihə ilə əməkdaşlıqda nə dərəcədə maraqlı olmasının ilk göstəricisi idi.

    Oğuz rayonu Mücrüm Kərim icmasında İKQ seminarı

    Bölmələr: ---

     

    Bərdə rayonunun Bala Göyüşlü icmasında İKQ Seminarı

    baxılıb: 336

  • Tarix: 10-03-2016, 19:06
  • Bərdə rayonunun mərkəzindən 15 km məsafədə yerləşən Bala Göyüşlü icmasının AzKİL-2 ilə əməkdaşlıq etmək üçün Qarabağ RƏO-nə müraciəti müsbət nəticələndi. İştiraklı Kənd Qiymətləndirilməsi məqsədi ilə Bala Göyüşlü kəndinə səfər edildi.

    Bərdə rayonunun Bala Göyüşlü icmasında İKQ Seminarı

    Bölmələr: ---

     

    Oğuz şəhərində Regional Gender Konfransı

    baxılıb: 364

  • Tarix: 10-03-2016, 19:03
  • 09 mart 2016-cı il tarixində Oğuz şəhərində Regional Gender Konfransı oldu. Tədbirdə Oğuz, Qəbələ, Zaqatala, Balakən və Şəki rayonlarını təmsil edən 70-dən yuxarı qadın icma liderlər iştirak edirdi.

    Oğuz şəhərində Regional Gender Konfransı

    Bölmələr: ---

     

    Lənkəran şəhərində Regional Gender Konfransı

    baxılıb: 369

  • Tarix: 7-03-2016, 22:52
  • 07 mart 2016-cı il tarixində Lənkəran şəhərində Regional Gender Konfransı oldu. Tədbirdə Lənkəran, Masallı, Astara, Neftçala, Biləsuvar və Cəlilabad rayonlarını təmsil edən 70-dən yuxarı qadın icma liderləri iştirak edirdi. Konfransda həmçinin Lənkəran rayon İcra Hakimiyyətinin nümayəndəsi Əlimərdan Əliyev, AzKİL-2-in Direktor Müavini və İcma İnkişafı üzrə Meneceri Gülbəniz xanım Qənbərova, Muğan -Salyan Regional Əməliyyatlar Ofisinin Proqram mütəxəssisi Fəridə Eminova da iştirak edirdilər.
    AzKİL-2-nin baş təmsilçisi Tünzalə Hacıyevanın “İcmalardakı Lider Qadınlarımız" mövzusunda təqdimatı maraqla dinlənildi. Daha sonra paralel qruplarda "Qadınların və kişilərin 24 saatı" mövzusunda qrup işi oldu.

    Lənkəran şəhərində Regional Gender Konfransı


    Bölmələr: ---