» Materiallar 18.03.2016

 
 
 

Kəpənəkçi icmasında "Tibb Məntəqəsinin Bərpası" layihəsinin Açılış Mərasimi

baxılıb: 880

  • Tarix: 18-03-2016, 12:09
  • Kəpənəkçi icması Zaqatala rayon mərkəzindən 30 km məsafədə yerləşir. Kəndin tibb məntəqəsi 80-ci illərin sonunda tikilmişdi. Buradakı şəraitsizlik məntəqənin işçilərinin fəyyətini məhdudlaşdırır, icma sakinlərinin tibbi ehtiyaclarının ödənilməsinə imkan vermirdi. Kəndin rayon mərkəzinə uzaq ərazidə yerləşməsi və yaxınlıqda tibb məntəqəsinin olmaması əhalinin hər dəfə tibbi xidmət alması ilə bağlı uzaq məsafə qət edərək rayon mərkəzinə getməsinə, həmçinin vaxt və pul itgisinə səbəb olurdu. Bu problemi həll etmək üçün Kəpənəkçi icmasında AzKİL2-nin maddi vəsaiti hesabına "Tibb Məntəqəsinin Bərpası" layihəsi uğurla həyata keçirilib.

    Kəpənəkçi icmasında "Tibb Məntəqəsinin Bərpası" layihəsinin Açılış Mərasimi

    Bölmələr: ---

     

    Oğuz rayonu Mücrüm Kərim icmasında İKQ seminarı

    baxılıb: 927

  • Tarix: 18-03-2016, 11:00
  • Buludlu yaz günlərinin birində İKQ seminarının keçirilməsi üçün üz tutduğumuz infrastrukuturu zəif olan növbəti icmalarımızdan biri də qədim Oğuz elinin özünəməxsus cəhətləri və əhalisi ilə fərqlənən Mücrüm Kərim icması oldu. Seminar kənd orta məktəbinin iclas zalında baş tutdu. Köhnə və yarımçıq tikili olan orta məktəb binasının bu təmirsiz iclas zalının bayram əhval ruhiyyəsində bəzənməsi və əhalinin zaldakı oturacaqları dolduraraq hətta qapı arxasından iclası izləməsi Mücrüm Kərim icmasının layihə ilə əməkdaşlıqda nə dərəcədə maraqlı olmasının ilk göstəricisi idi.

    Oğuz rayonu Mücrüm Kərim icmasında İKQ seminarı

    Bölmələr: ---