» Materiallar 02.03.2016

 
 
 

Ötən il Bərdənin kəndlərində 26 layihə icra olunub

baxılıb: 476

  • Tarix: 2-03-2016, 09:28
  • Azərbaycan hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi Azərbaycan Kənd İnvestisiya Layihəsi (AzKİL) çərçivəsində 2015-ci ildə Bərdə rayonunun kəndlərində 26 layihə həyata keçirilib. Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, Bərdənin Məmmədli və Kolayır kəndlərində süd toplama məntəqəsi inşa edilib. Soğanverdilər, Gülgəzli, Qazaxlar, Uğurbəyli, Böyük Göyüşlü, Kolayır, Otuzikilər, Şorəlli, Muğanlı, İkinci Hacallı kəndlərinin qəbiristanlıqlarında abadlıq işləri aparılaraq 5540 metr hasar hörülüb, 2 çən quraşdırılıb, 520 metr su xətti çəkilib, 7 bulaq və 9 talvar tikilib. İkinci Hacallı, Tumaslı, Mustafaağalı, Körpüsındıran, İkinci Nazırlı kəndlərində 5 ədəd çən quraşdırılıb, 23,19 kilometr içməli su xətti çəkilib, küçələrdə 55 bulaq tikilib.

    Ötən il Bərdənin kəndlərində 26 layihə icra olunub

    Bölmələr: ---

     

    Ağstafa rayonu Aşağı Göycəli icmasında informasiya görüşü

    baxılıb: 775

  • Tarix: 2-03-2016, 09:23
  • Təcrübəli icmalarımızdan olan Ağstafa rayonu Aşağı Göycəli icması AzKİL-2 ilə əməkdaşlığı davam etdirərək növbəti layihəni həyata keçirmək üçün Şimal-Qərb RƏO-ya müraciət etmişdir. Müraciəti nəzərə alaraq AzKİL-2 ilə növbəti əməkdaşlıq üçün seçim metodologiyasına uyğun olaraq qiymətləndirmə aparılmış və 38 bal toplayaraq uğurlu icma kimi qiymətləndirilmişdir. Daha sonra əməkdaşlıq üçün icmada informasiya görüşünün keçirilməsinə qərar verildi.

    Ağstafa rayonu Aşağı Göycəli icmasında informasiya görüşü

    Bölmələr: ---