» Materiallar Fevral 2016 il

 
 
 

BİZƏ MƏKTUB VAR...

baxılıb: 288

  • Tarix: 29-02-2016, 11:18
  • “Salam. Bərdə rayon Qaradırnaq icmasından sizə yazıram. Bizim icmanın sakinləri həftənin bazar günlərini iməcilik günü elan ediblər. Yəni, sakinlər bazar günü yığışıb əl əməyindən istifadə edərək kəndin problemlərinin həllinə öz töhfəsini verirlər. Bizim icmada artıq bir layihə həyata keçirilib və uğurla başa çatıb. Bu da, kənd əhalisinin böyük sevincinə səbəb olub. "Yolun təmiri" layihəsindən sonra əhalinin ən böyük problemlərindən biri öz həllini tapdı. Lakin, bizim qarşımızda duran əsas vəzifə bu yolun dayanıqlığını qorumaqdır.

    BİZƏ MƏKTUB VAR...

    Bölmələr: ---

     

    Kövüzbulaq icmasında İştiraklı Kənd Qiymətləndirməsi Seminarı

    baxılıb: 696

  • Tarix: 29-02-2016, 11:12
  • Cəlilabad rayonu Kövüzbulaq icması rayondan xeyli uzaq məsafədə dağlar arasında yerləşir. Xeyli müddət idi AzKİL 2 -yə problemlərinin həlli üçün müraciət etsələr də soyuq və yağıntılı hava şəraiti Kövüzbulaqda səfərbərliyi imkansız edirdi. Nəhayət İKQ seminarı üçün müəyyən olunmuş vaxt kəndə yaxınlışdıqda keçilməz palçıqlı yolları görüb vaxtında seminara başlamağın imkansız olduğunu fikirləşdik.

    Kövüzbulaq icmasında İştiraklı Kənd Qiymətləndirməsi Seminarı



    Bölmələr: ---

     

    Adnalı icmasında İştiraklı Kənd Qiymətləndirməsi Seminarı

    baxılıb: 509

  • Tarix: 29-02-2016, 10:15
  • 1800-cü ildə bir ailənin Şamaxıdan köç edib Cəlilabadda məskən salması nəticəsində yaranan Adnalı kəndi iyirmi birinci əsrdə olsaq da hələ də böyük problemlərlə yaşayır. Heç zaman təmir olunmamış yolları, bərbad vəziyyətdə olan məktəbi, taxta və qəzalı tikilidən olan binada yerləşən tibb məntəqəsi və sairə çox zəif infrastrukturu olan Adnalı sakinlərinin qəlbində inam hissi AzKİL-2 –nin bu kəndə qədəm qoymasına səbəb oldu.

    Adnalı icmasında İştiraklı Kənd Qiymətləndirməsi Seminarı

    Bölmələr: ---

     

    Əliyaqublu icmasında İştiraklı Kənd Qiymətləndirməsi seminarı

    baxılıb: 391

  • Tarix: 27-02-2016, 12:47
  • İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində Şəmkir rayonunun Əliyaqublu icmasında İKQ seminarı həyata keçirildi. Seminarın gedişatı zamanı məlum oldu ki, Əliyaqublu kəndinin yaranma tarixi 1924-cü ilə təsadüf edir. Qərbi Azərbaycanın İrəvan şəhərindən kütləvi şəkildə köçürülmüş bir qrup əhali bu kəndin ilk sakinləri hesab olunur. Kənd hal-hazırda oranın ilk sakinlərindən olan Əliyaqub adlı bir nəfərin adını daşıyır.

    Əliyaqublu icmasında İştiraklı Kənd Qiymətləndirməsi seminarı

    Bölmələr: ---

     

    Dəllər Daşbulaq icmasında İştiraklı Kənd Qiymətləndirməsi seminarı

    baxılıb: 558

  • Tarix: 26-02-2016, 16:56
  • İkinci Azərbaycan Kənd İnvistisiya Layihəsi Şəmkir rayonu Dəllər Daşbulaq icmasında İştiraklı Kənd Qiymətləndirməsi seminarı həyata keçirdi. Seminara 201 nəfər icma sakini toplaşmışdı. Tədbir zamanı məlum oldu ki, Dəllər Daşbulaq icması icma layihələri həyata keçirməkdə çox maraqlıdırlar. Kənd tarixçəsi alətini işləyərkən qeyd edildi ki, “Dəllər” sözünün tarixi deyilənə görə Koroğlunun dəlilərinin bir günlük bu ərazidə gecələməsi ilə bağlıdır.

    Dəllər Daşbulaq icmasında İştiraklı Kənd Qiymətləndirməsi seminarı



    Bölmələr: ---

     
    Geri İrəli