» Materiallar Yanvar 2016 il

 
 
 

Zaqatala rayonu Sumaylı icması

baxılıb: 1273

  • Tarix: 6-01-2016, 14:50
  • Zaqatala rayonu Sumaylı icmasında ilk məskunlaşma XVIII əsrin sonlarına təsadüf edir.Kənd Zaqatala şəhərinin cənub hissəsində yerləşir. Etnik tərkibinə görə qarışıq olan Sumaylı icması azərbaycanlı, zaxor və avar millətlərinin mehriban şəkildə yaşadığı kəndlərdən biridir. Kəndin elmlər doktoru, elmlər namizədi kimi görkəmli sakinləri Sumaylı icmasının fəxr etdiyi insanlar sırasındadır. Kəndin 1 nəfər Qarabağ müharibəsi şəhidi vardır. Bundan başqa 1941-45-ci illər Böyük vətən müharibəsində kəndin 37 nəfər sakini iştirak etmişdir.

    Zaqatala rayonu Sumaylı icması

    Bölmələr: ---

     

    Qax rayonu Çüdüllü icması

    baxılıb: 1460

  • Tarix: 6-01-2016, 14:29
  • Çüdüllü kəndi Böyük Qafqaz sıra dağlarının şimalında, Qax rayonundan 17 km aralıda yerləşən, hər tərəfi meşə və çaylarla əhatə olunmuş infrastrukturu zəif olan kəndlərdəndir. Kənd çox qədim bir tarixə malikdir. Keçmişdə insanların məskən saldığı bu ərazidə çədi (çoban yastığına oxşar) bitkisi həddindən artıq çox yayılıbmış və onlar ərazini çədili ərazi kimi adlandırıblar. İllər keçdikcə çədili sözü deformasiya olunaraq indiki “Çüdüllü” kimi ifadə olunub. Kəndin ərazisində XVIII əsrdə inşa olunmuş qədim məscid və ”Kimsənə ”adlandırılan ziyarətgah vardır.

    Qax rayonu Çüdüllü icması

    Bölmələr: ---

     

    Satınalmalar üzrə Mütəxəssislərin iclası

    baxılıb: 591

  • Tarix: 6-01-2016, 14:22
  • Layihə İdarəetmə Qrupunda Satınalmalar üzrə Mütəxəssislərin 2015-ci ilin yekunlarına dair iclası keçirildi. LKH Satınalmalar üzrə Baş Mütəxəssis Nigar Həsənova növbəti ildə görüləcək işlərlə bağlı dəyərli məsləhətlər verdi.

     Satınalmalar üzrə Mütəxəssislərin iclası

    Bölmələr: ---

     
    Geri İrəli