» Materiallar Yanvar 2016 il

 
 
 

Ağstafa rayonunun Xılxına icması

baxılıb: 1112

  • Tarix: 25-01-2016, 10:12
  • İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində növbəti İştiraklı Kənd Qiymətləndirməsi Seminarı Ağstafa rayonunun Xılxına icmasında həyata keçirildi. Əhali seminarın keçirilməsi üçün məktəbin həyətinə toplaşmışdı. Onlar AzKİL-2 ilə əməkdaşlıqda öz problemlərinin həllinə ümid etdiklərini dilə gətirdilər.

    Ağstafa rayonunun Xılxına icması

    Bölmələr: ---

     

    Ağstafa rayonunun Qarahəsənli icması

    baxılıb: 1205

  • Tarix: 14-01-2016, 13:23
  • AzKİL-2 çərçivəsində növbəti səfər olunmuş icma Ağstafa rayonunun qədim tarixə malik olan Qarahəsənli icması oldu. Bu icmada ilk məskunlaşma tarixi XIV əsrə təsadüf edir. Kəndin adı ilk sakinlərdən olan Qara Həsən adlı şəxsin adı ilə bağlıdır. Rayon mərkəzindən 17 km məsafədə yerləşən Qarahəsənli icmasının 1533 nəfər əhalisi var.

    Ağstafa rayonunun Qarahəsənli icması

    Bölmələr: ---

     

    Şəmkir rayonunun İrmaşlı icması

    baxılıb: 1229

  • Tarix: 14-01-2016, 13:21
  • Şəmkir rayonu İrmaşlı icması İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində səfərbər olundu. 3247 nəfər əhalisi olan İrmaşlı icması rayon mərkəzindən 15 km məsafədə yerləşir. İrmaşlı sözü türk mənşəlli söz olub axar su, çox bulaq mənasını verir. İştiraklı Kənd Qiymətləndirməsi seminarı kənd orta məktəbinin akt zalında keçirildi. İcma sakinləri problemlərdən əziyyət çəkdiklərini və bunun üçün bir sıra addımlar atdıqlarını söylədilər.

    Şəmkir rayonunun  İrmaşlı icması

    Bölmələr: ---

     

    Biləsuvar rayonunun Ağpost icmasında İKQ seminarı

    baxılıb: 637

  • Tarix: 12-01-2016, 15:55
  • İKQ seminarı Biləsuvar rayon Ağpost icmasında Ərazi İcra nümayəndəliyinin həyətində təşkil olunmuşdu .Havanın soyuq olmasına baxmayaraq gənc analar, seminarda iştirak etməkdən ötəri körpə uşaqları ilə birgə gəlmişdilər. Seminarda ağsaqqallarla yanaşı gənclərdə fəal iştirak etdi. Kənd tarixçəsi prosesi zamanı məlum oldu ki, Çar Rusiyası dövründə sərhəd qoşunları bu kənddə yerləşib.

    Biləsuvar rayonunun Ağpost icmasında İKQ seminarı

    Bölmələr: ---

     

    Goranboyun Boluslu klasterinin İştiraklı Kənd Qiymətləndirməsi Seminarı

    baxılıb: 1114

  • Tarix: 7-01-2016, 22:11
  • Bu gün Şimal-Qərb zonasında ilk dəfə olaraq Goranboy rayonu Boluslu kənd klubunda üç icmanı birləşdirən Boluslu klasterinin İştiraklı Kənd Qiymətləndirməsi Seminarı həyata keçirildi. Seminarda Goranboy Rayonu İcra Hakimiyyəti Başçısının müavini Elçin İsmayılov çıxış edərək Azərbaycan Kənd İnvestisiya Layihəsinin Goranboy rayonundakı fəaliyyətindən və icma layihələrinin uğurlu nəticələrindən danışdı.

    Goranboyun Boluslu klasterinin İştiraklı Kənd Qiymətləndirməsi Seminarı

    Bölmələr: ---