» Materiallar 25.01.2016

 
 
 

Şəmkir rayonunun Tatarlı icması

baxılıb: 1222

  • Tarix: 25-01-2016, 10:21
  • Şəmkir rayonu Tatarlı icması AzKİL-2 çərçivəsində səfərbər olundu. Rayon mərkəzindən 45 km məsafədə yerləşən Tatarlı icmanın əhalisi 3014 nəfərdən ibarətdir. İKQ seminarını keçirilməsi üçün əhali Mədəniyyət Evinə toplaşmışdı. Soyuq hava şəraiti olmasına baxmayaraq icma sakinləri tədbirə çox maraqla gəlmişdilər. Onlar bu kənddə hələ heç bir layihənin həyata keçirilmədiyini söyləyərək ümidlərinin AzKİL-2 olduğunu dilə gətirdilər.

    Şəmkir rayonunun Tatarlı icması

    Bölmələr: ---

     

    Ağcabədi rayonunun Bilağan icması

    baxılıb: 675

  • Tarix: 25-01-2016, 10:17
  • Biləğan Ağcabədi rayonunun Boyat İnzibati vahidinə aid bir kənddir. 1917-ci ildə "Biləqan", 1933-cü ildə "Biləxan" adı ilə adlandırılmış, kənd sakinlərinin söylədiklərinə görə isə əvvəllər "Beyləqan" da adlandırılmışdır ki, bu da toponimə görə "düzənlik çöl" deməkdir. Bilağan icması Ağcabədi rayonunun qədim kəndlərindən biri hesab olunur. Kənd sakinlərinin İştiraklı Kənd Qiymətləndirilməsi Seminarında söyldiklərinə əsasən bu kəndin tarixi XIV əsrdən xəbər verir ki, bunu da təsdiqləyən kənddə olan qədim tapıntılardır.

    Ağcabədi rayonunun Bilağan icması

    Bölmələr: ---

     

    Ağstafa rayonunun Xılxına icması

    baxılıb: 1112

  • Tarix: 25-01-2016, 10:12
  • İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində növbəti İştiraklı Kənd Qiymətləndirməsi Seminarı Ağstafa rayonunun Xılxına icmasında həyata keçirildi. Əhali seminarın keçirilməsi üçün məktəbin həyətinə toplaşmışdı. Onlar AzKİL-2 ilə əməkdaşlıqda öz problemlərinin həllinə ümid etdiklərini dilə gətirdilər.

    Ağstafa rayonunun Xılxına icması

    Bölmələr: ---