» Materiallar Yanvar 2016 il

 
 
 

Qəbələdə Regional “İcma Layihələrinin Dayanıqlığı” Konfransı keçirildi

baxılıb: 692

  • Tarix: 30-01-2016, 22:51
  • Bu gün Qəbələdə Regional “İcma Layihələrinin Dayanıqlığı” Konfransı keçirildi. AzKİL mühəndisi Kərim Kərimovun dayanıqlıq mövzusundakı plenar təqdimatı, eləcə də Qəbələ rayonundakı Tüntül icmasının və Oğuz rayonundakı Kərimli icmasının qruplarda aparılan təqdimatları maraqla qarşılandı.

    Qəbələdə Regional “İcma Layihələrinin Dayanıqlığı” Konfransı keçirildi

    Bölmələr: ---

     

    Bərdə şəhərində Bacarıqların Artırılması Konfransı Baş Tutdu

    baxılıb: 454

  • Tarix: 29-01-2016, 21:26
  • Bu gün Bərdə şəhərində Qarabağ zonası üzrə Regional Bacarıqların Artırılması Konfransı keçirildi. Konfransda Ağdam, Ağcabədi, Bərdə və Beyləqan rayonunu təmsil edən icma liderləri, Bərdə və Ağcabədi Rayon İcra Hakimiyyətlərinin nümayəndələri, AzKİL-in Dünya Bankı üzrə Tapşırıq Meneceri Dan Ouen, İcma İnkişafı üzrə Meneceri və Direktor müavini Gülbəniz Qənbərova və Qarabağ zonası üzrə Əməliyyatlar Ofisinin əməkdaşları iştirak edirdi.

    Bərdə şəhərində Bacarıqların Artırılması Konfransı Baş Tutdu

    Bölmələr: ---

     

    İsmayıllıda Regional Bacarıqların Artırılması Konfransı

    baxılıb: 418

  • Tarix: 26-01-2016, 23:12
  • Bu gün İsmayıllıda Regional Bacarıqların Artırılması Konfransı keçirildi. Qarlı və şaxtalı hava şəraitinə baxmayaraq İsmayıllı, Ağsu və Qəbələ rayonlarını təmsil edən 70 iştirakçı konfransın sessiyalarında həvəslə iştirak etdilər. "AzKİL analoqu və rəqibi olmayan bir Layihədir!" - bunu Ağsu rayonunun Xəlilli icmasını təmsil edən Vahid Xələfli dedi.

    İsmayıllıda Regional Bacarıqların Artırılması Konfransı



    Bölmələr: ---

     

    Şəmkir rayonunun Tatarlı icması

    baxılıb: 830

  • Tarix: 25-01-2016, 10:21
  • Şəmkir rayonu Tatarlı icması AzKİL-2 çərçivəsində səfərbər olundu. Rayon mərkəzindən 45 km məsafədə yerləşən Tatarlı icmanın əhalisi 3014 nəfərdən ibarətdir. İKQ seminarını keçirilməsi üçün əhali Mədəniyyət Evinə toplaşmışdı. Soyuq hava şəraiti olmasına baxmayaraq icma sakinləri tədbirə çox maraqla gəlmişdilər. Onlar bu kənddə hələ heç bir layihənin həyata keçirilmədiyini söyləyərək ümidlərinin AzKİL-2 olduğunu dilə gətirdilər.

    Şəmkir rayonunun Tatarlı icması

    Bölmələr: ---

     

    Ağcabədi rayonunun Bilağan icması

    baxılıb: 432

  • Tarix: 25-01-2016, 10:17
  • Biləğan Ağcabədi rayonunun Boyat İnzibati vahidinə aid bir kənddir. 1917-ci ildə "Biləqan", 1933-cü ildə "Biləxan" adı ilə adlandırılmış, kənd sakinlərinin söylədiklərinə görə isə əvvəllər "Beyləqan" da adlandırılmışdır ki, bu da toponimə görə "düzənlik çöl" deməkdir. Bilağan icması Ağcabədi rayonunun qədim kəndlərindən biri hesab olunur. Kənd sakinlərinin İştiraklı Kənd Qiymətləndirilməsi Seminarında söyldiklərinə əsasən bu kəndin tarixi XIV əsrdən xəbər verir ki, bunu da təsdiqləyən kənddə olan qədim tapıntılardır.

    Ağcabədi rayonunun Bilağan icması

    Bölmələr: ---

     
    Geri İrəli