Bu gün Masallı rayonu Güllütəpə icmasında üç icmanı birləşdirən icma klasterinin İştiraklı Kənd Qiymətləndirilməsi seminarı keçirildi. Seminarda Klaster layihələri və onların əhəmiyyəti haqqında geniş məlumat verən AzKİL-2 Direktor müavini, İcma inkişafı və Bacarıqların Artırılması üzrə menecer Gülbəniz Qənbərova, Muğan –Salyan zonası üzrə Proqram mütəxəssisi Fəridə Eminova və LKH-nin Muğan-Salyan zonasından olan digər əməkdaşları da iştirak edirdilər.