» Materiallar Noyabr 2015 il

 
 
 

Quba rayonunun Timiryazev kəndi

baxılıb: 1592

  • Tarix: 10-11-2015, 10:19
  • Quba rayonu Timiryazev kəndi rayon mərkəzindən 1 km uzaqlıqda yerləşir. Rayonda yaradılmış ilkin təsərrüfatlardan biri meyvə-tingliyi sovxozu olmuşdur ki bu da Timiryazev kəndinin ərazisində fəaliyyət göstərmişdir. 1929-cu ildə təşkil edilmiş bu təsərrüfat ilkin illərdə 11 -li sovxoz, sonralar isə Rusiya elmlər akademiyasının həqiqi üzvü, botanika elmi sahəsində tanınmış dünya şöhrətli alim, akademik A.K.Timiryazevin şərəfinə Timiryazev kimi adlandırılmışdır. Kəndin adı da məhz akademikin adından götürülmüşdür. 2000-ci ildə sovxoz ləğv edilib və Timiryazev bələdiyyəsinin mülkiyyətinə verilmişdir. 2003-cü ildə torpaqlar özəlləşdirilib və kiçik fermer təsərrüfatları yaradılmışdır. Fermerlər əsasən meyvəçilik və tingçiliklə məşğuldurlar.

    Quba rayonunun Timiryazev kəndi

    Bölmələr: ---

     

    Şəmətükdə Biri vardı, Biri yox

    baxılıb: 839

  • Tarix: 6-11-2015, 10:27
  • Növbəti səfərimiz Astara rayonu Şəmətük, nağıllar aləmindəki icmaya oldu. Bu icmanın gözəlliyindən nə qədər danışsaq azdır. Gedişimizin məqsədi İcmanın İlkin Qiymətləndirliməsi idi. Görüşün təyin olunduğu yer Azər Körpünün hesabına icra olunan 10-a yaxın icmanı birləşdirən körpünün ətrafı idi. Təyin olunmuş yerə yolun bərbad vəziyyətdə olması ilə əlaqədar 200-300 m qalmış çayın kənarı ilə piyada getməli olduq. Bir neçə ay əvvəl böyük körpünün açılışı olsa da demək olar ki, körpü yolsuzluq ucbatından istifadəsiz qalıb.

    Şəmətükdə Biri vardı, Biri yox

    Bölmələr: ---

     

    Biləsuvar rayonunun Ağalıkənd icması

    baxılıb: 1543

  • Tarix: 5-11-2015, 22:04
  • Biləsuvar rayonu Ağalıkənd icmasına gedərkən, yolboyu əhalinin tarlalarda necə işlədiyini, onların nə qədər zəhmətsevər olmasını müşahidə etdik. Görüş yerinə çatdıqda, əhalinin AzKİL əməkdaşlarını necə səbirsizliklə gözlədiklərinin şahidi olduq. Biləsuvar rayonunun Ağalıkənd icması II qrup icmalar sırasına daxilidir. İcma rayon mərkəzindən 15 km məsafədə yerləşir.

    Biləsuvar rayonunun Ağalıkənd icması

    Bölmələr: ---

     

    İcmalarda 6 aylıq İştiraklı Monitorinq Görüşləri

    baxılıb: 786

  • Tarix: 5-11-2015, 21:58
  • Qarabağ zonası Regional Əməliyyatlar Ofisi tərəfindən Bərdə rayonu Otuzikilər, Həsənqaya, Şorəli,Tumaslı, Beyləqan rayonun I-II Aşıqlılar, Eyvazalılar, Örənqala icmalarında İcma layihələrinin 6 aylıq İştiraklı Monitorinq Qiymətləndirilməsi həyata keçirilmişdir. Monitorinq zamanı Layihələrin təhvilindən ötən 6 ay müddətində İcmanın həyatında baş verən dəyişikliklər, İcma Qrupunun və İcma layihəsinin Dayanıqlığı, Dayanılıq Fodunun və layihələrin texniki vəziyyəti, eyni zamanda , İcmanın layihələrdən faydalanmaları və bir çox fəalyyətlərlə bağlı işlər müzakirə obyekti olmuşdur.

    İcmalarda 6 aylıq İştiraklı Monitorinq Görüşləri

    Bölmələr: ---

     

    SU ARXLARININ TƏMİZLƏNMƏSİ Layihəsi icraya başlayacaq

    baxılıb: 572

  • Tarix: 1-11-2015, 21:08
  • Məlumatı yazmağa həm bir AzKİL-2 əməkdaşı, həm də Əhmədli icma sakini kimi dərindən bir ah çəkib başladım. Əfsus ki bu dəfə də yağışda icmamız xətərsiz ötüşmədi. Bəlkə də elə bir gəlir gətirən layihə yoxdur ki, Əhmədli icması üçün bu icmada icra olunacaq Su arxlarının təmizlənməsi layihəsi qədər faydalı olsun. Əhmədli icması Masallı rayon mərkəzindən 14 km məsafədə yerləşir. İcma əhalisi gözünü əkdiyi kartof sahələrinə tikir.

    SU ARXLARININ TƏMİZLƏNMƏSİ Layihəsi icraya başlayacaq

    Bölmələr: ---