» Materiallar Noyabr 2015 il

 
 
 

Şəmkir rayonu Qarabağlar icması

baxılıb: 1161

  • Tarix: 15-11-2015, 14:04
  • Növbəti səfərbər olunan icmalardan biri də Qarabağlar icması oldu. III qrup icma olan Qarabağlar icması seminarın keçirilməsi üçün kənd orta məktəbinin həyətinə böyük maraqla toplaşmışdı. Onlar AzKİL-2 əməkdaşlarını sevinclə qarşılayaraq problemlərin həll olunmasında bizə ümid bəslədiklərini bildirdilər.

    Şəmkir rayonu Qarabağlar icması



    Bölmələr: ---

     

    Biləsuvar rayonu Səmədabad kəndi

    baxılıb: 1034

  • Tarix: 15-11-2015, 14:00
  • Biləsuvar rayonu Səmədabad kəndinin tarixi 1940-cı illərdən başlayır. Əvvəl taxılıçılıq sovxozu,1954-cü ildən sonra isə qoyunçuluq təsərrüfatı kimi fəaliyyət göstərib. Görkəmli şair Səməd Vurgun Aran zonasında ov edərkən bu kənddə qonaq qalması şərəfinə kənd -Səmədabad adlandırılımışdır. Respublikanın xalq artisti Ramiz Novruz da bu kəndin yetirmələrindəndir. İştirakli Kənd Qiymətləndirilməsi Seminarı kəndin mədəniyyət evində keçirildi.

    Biləsuvar rayonu Səmədabad kəndi

    Bölmələr: ---

     

    Astaranın Şəmətük icmasında İştiraklı Kənd Qiymətləndirilməsi Seminarı

    baxılıb: 549

  • Tarix: 15-11-2015, 13:56
  • 10 Noyabr 2015-ci il tarixdə Astara rayonunda növbəti İştiraklı Kənd Qiymətləndirilməsi Seminarı infrastrukturu çox zəif olan icmalardan biri olan Şəmətük icmasında həyata keçirildi. Havanın yağışlı olmasına baxmayaraq AzKİL -2 əməkdaşları kəndə çatdıqda artıq əhali toplaşmış və çox səbirsizliklə gözləyirdilər. Kəndin ərazisində seminarının keçirilməsi üçün heç bir yararlı yer olmadığından seminar kənd sakini Fazil Məmmədova məxsus Əmənulla bulağı adlanan restoranın talvarında təşkil olundu. Seminarın gedişi zamanı məlum oldu ki, kəndin məskunlaşma tarixi VII əsrə təsadüf edir.

    Astaranın Şəmətük icmasında İştiraklı Kənd Qiymətləndirilməsi Seminarı

    Bölmələr: ---

     

    Ağcabədi rayonunun Kürdlər kəndi

    baxılıb: 1223

  • Tarix: 15-11-2015, 13:53
  • Ağcabədi rayonunundan 35km məsafədə, Qarqar çayının sahilində, Qarabağ düzündə yer alan Kürdlər kəndi musanlı tayfasının kürdlər tirəsnin məskunlaşması nəticəsində yaranmışdır. İlk ailələr İcmanın söylədiyinə görə 1850-ci illərdən qeydə alınmışdır. Bu icmada əvvəllər kürdlər yaşasa da , hazırkı dövrdə bu etnik qrupdan olan əhali kənddə yaşamır.

    Ağcabədi rayonunun Kürdlər kəndi

    Bölmələr: ---

     

    AzKİL-2 ŞİMAL QƏRB REGİONAL ƏMƏLİYYATLAR OFİSİ GÖYGÖL ŞƏHƏRİNƏ KÖÇDÜ

    baxılıb: 775

  • Tarix: 12-11-2015, 17:03
  • Bu münasibətlə bu gün RƏO-da yeni ofisin açılış mərasimi təşkiıl olundu. AzKİL Direktoru Sübhan Əsgərov və Layihə İdarəetmə Qrupunun digər əməkdaşları da tədbirdə iştirak etdi. Yeni ofisə xeyir dua verən Layihə Direktoru icmalarla əməkdaşlıqda Şimal Qərb Regional Əməliyyatlar Ofisinin fəaliyyətini yüksək qiymətləndirdi.
    Ofisin yeni ünvanı: Göygöl şəhəri, H. Zərdabi küçəsi 28

    AzKİL-2 ŞİMAL QƏRB REGİONAL ƏMƏLİYYATLAR OFİSİ GÖYGÖL ŞƏHƏRİNƏ KÖÇDÜ


    Bölmələr: ---