» Materiallar Noyabr 2015 il

 
 
 

Xaçmaz rayonunun Qaracəlli-Xəzərli icması

baxılıb: 1485

  • Tarix: 20-11-2015, 09:42
  • Xaçmaz rayonu Qaracəlli icmasında Respublikamızda 17 noyabr Dirçəliş günü kimi qeyd olunan mühüm bir günə təsadüf edən İKQ seminarında LKH-nin Şimal zonası əməkdaşları olaraq əsl əzmin və dirçəlişin şahidi olduq. Seminarın gedişində isinmək üçün tonqal qalayaraq onun ətrafında toplaşan Qaracəlli kənd əhalisinin əzm və mətinliyindən axı necə yan keçmək olardı ?! Belə ki, həddindən artıq soyuq bir günə təsadüf edən bu kənddə seminarın keçirilməsi üçün heç bir inzibati bina yox idi.

    Xaçmaz rayonunun Qaracəlli-Xəzərli icması

    Bölmələr: ---

     

    Qəbələ rayonunun Abrıx icması

    baxılıb: 1219

  • Tarix: 20-11-2015, 09:40
  • Qəbələ rayonunun Abrıx icmasında İçməli su təminatı Layihəsi uğurla başa çatır. Səfalı dağların zirvəsindən gələn sular kapitaj üsulu ilə xəttə götürülüb icma təsərrüfatlarına çatdırılır. Layihə uzun illərdən bəri içməli sudan əziyyət çəkən insanların həyatını asanlaşdıracaq. Layihəniz xeyirli olsun, Abrıx icması!

    Qəbələ rayonunun Abrıx icması

    Bölmələr: ---

     

    Oğuz rayonu Kərimli icması

    baxılıb: 806

  • Tarix: 20-11-2015, 09:37
  • Uşaq Bağçasının Əsaslı Təmiri Layihəsində son tamamlama işləri gedir. Təmirdən sonra bağça 50 körpəni rahatlıqla qəbuledə biləcək. Oğuz Rayon İcra Hakimiyyəti icma layihəsinə dəstək göstərərək təmir olunmuş binanı istilik sistemi ilə təmin etməyə söz verib. İcmada həmçinin əlavə iş yerləri yaranacaq. Bu layihə Kərimli icmasının ikinci uğurudur, çünki icma 2010-cu ildə AzKİL-in dəstəyi ilə Kəndarası Yolların Bərpası Layihəsini həyata keçirib. Yolun dayanıqlığı İcma Qrupu və Bələdiyyə tərəfindən yüksək səviyyədə təşkil olunur.

    Oğuz rayonu Kərimli icması


    Bölmələr: ---

     

    MASALLI RAYONUNUN MİROBA İCMASI

    baxılıb: 666

  • Tarix: 15-11-2015, 14:10
  • Masallı rayonu Miroba icması rayon mərkəzindən çox da uzaq məsafədə yerləşməsədə digər icmalar kimi problemləri çoxdur. Qonşu icmalarda AzKİL -2 tərəfindən aparılan işləri görən icmanın fəal sakinləri dəfələrlə müraciətlər etmiş və nəhayət ki, icmalarında səfərbərlik gününün təyin olunması xəbərini böyük sevinclə qarşılamışdılar. Səfərbərlik günü maraq və diqqətlə AzKİL əməkdaşlarını dinləyən icma sakinləri problemlərinin həll olunacağına tam əmin olaraq fikir və təkliflərlə çıxış edirdilər.

    MASALLI RAYONUNUN MİROBA İCMASI

    Bölmələr: ---

     

    ASTARA RAYONUNUN TÜLƏGİVAN İCMASI

    baxılıb: 818

  • Tarix: 15-11-2015, 14:08
  • Astara kəndləri öz gözəl təbiəti ilə təkrarsız olsada əksər problemləri ilə oxşardır. Xüsusən Yolların bərbad vəziyyətdə olması , İçməli və suvarma suyunun çatışmamazlığı , Elektrik sistemlərinin bərbad vəziyyətdə olması və digər problemlər bütün icmalarda təkrarlanır. Tüləgıvan icmasıda belə icmalardandır. Tüləgivan - talış söz olub palçıqlı məskən mənasını verir. İcmaya qədəm basan ilk andan bu adın yanlış olmadığı özünü dəfələrlə göstərir.

    ASTARA RAYONUNUN TÜLƏGİVAN İCMASI

    Bölmələr: ---