» Materiallar 11.11.2015

 
 
 

İcmalarda 6 aylıq İştiraklı Monitorinq Görüşləri davam edir

baxılıb: 486

  • Tarix: 11-11-2015, 10:29
  • Qarabağ zonası Regional Əməliyyatlar Ofisi tərəfindən bu həftə Ağcabədi rayonu Təzəkənd, Hüsülü, Qaradolaq və Aran icmalarında müxtəlif tipli İcma layihələrinin 6 aylıq İştiraklı Monitorinq Qiymətləndirilməsi prosesi aparılmışdır. Monitorinq zamanı Layihələrin təhvilindən ötən 6 ay vaxt müddətində İcmanın həyatında baş verən dəyişikliklər, İcma Qrupunun və İcma layihəsinin Dayanıqlığı, Dayanılıq Fondunun və layihələrin texniki vəziyyətləri, eyni zamanda, İcmaların layihələrdən faydalanmaları Qiymətləndirilmiş, layihələrin İcmaya verdikləri "təsirlər" öyrənilmişdir.

    İcmalarda 6 aylıq İştiraklı Monitorinq Görüşləri davam edir

    Bölmələr: ---

     

    Qazax rayonu Avçallıq icması

    baxılıb: 1619

  • Tarix: 11-11-2015, 10:26
  • Qazax rayonu Avçallıq icmasında AzKİL-2 çərçivəsində İştiraklı Kənd Qiymətləndirməsi Seminarı həyata keçirildi. Avçallıq icması rayon mərkəzindən 30 km məsafədə, İncə dərəsində, Kürün qolu olan İncəsu çayının vadisində yerləşir. E.ə VII əsrdə yaşamış İncu tayfasının bu əraziyə köçərək məskən salması kəndin tarixinin qədim olmasından xəbər verir. Avçallıq sözü türk mənşəlli söz olub, mənası ov məskəni deməkdir.

    Qazax rayonu Avçallıq icması

    Bölmələr: ---

     

    Sabirabad rayonunun Güdəcühür icması

    baxılıb: 1037

  • Tarix: 11-11-2015, 10:10
  • Dünya okeanı səviyyəsindən 22-23 metr aşağıda yerləşən Sabirabad rayonunun Kürboyu kəndlərdən biri də Güdəcühür kəndidir. Kənd sakinlərinin əsas gəlir mənbəyi heyvandarlıq və əkinçilikdir. Belə bir coğrafi mövqedə yerləşən ərazidə meliorasiya olmadan əkinçilik mümkün deyil. 1980-ci illərdə Muğanda aparılan meliorasiya işləri nəticəsində Güdəcühürdə açıq drenaj şəbəkəsi yaradıldı, ərazidəki qrunt sularının səviyyəsinin aşağı düşməsi ilə məhsuldarlığın artmasına səbəb oldu.

    Sabirabad rayonunun Güdəcühür icması

    Bölmələr: ---