» Materiallar 10.11.2015

 
 
 

Astara rayonu Şağlazüzə icmasında Səfərbərlik

baxılıb: 750

  • Tarix: 10-11-2015, 10:32
  • Fərqli coğrafi şərait, fərqli insanlarla qarşılaşsaq da, əksər icmalarda oxşar problemlərin olduğunun şahidi oluruq. Şağlazüzə icma sakinləri də Astara rayonun digər icmaları kimi becərdiyi sitrus meyvələrini sataraq dolanışığını əldə edir. İcma II qrup icma olduğundan digər donor təşkilatla bir neçə layihə həyata keçirib. Buna baxmayaraq icmada hələ də bir sıra problemlər qalmaqdadır. İcma daxili yollar bərbad vəziyyətdədir. İcmada yeni məktəb tikilsə də, şagird sayının artığından sinif otaqları çatışmır.

    Astara rayonu Şağlazüzə icmasında Səfərbərlik

    Bölmələr: ---

     

    Masallı rayonunun Xoşçobanlı icması

    baxılıb: 1628

  • Tarix: 10-11-2015, 10:25
  • Masallı rayonu Xoşçobanlı icması rayon mərkəzindən 15 km məsafədə Təklə, Mollahəsənli, Sığıncaq icmaları ilə qonşuluqda yerləşir. Əhalinin əsas məşğuliyyəti tərəvəzçilikdir. Bir il öncə bu icmada səfərbərlik təyin olunsa da, seminara itirakçılar yetər sayda toplaşmadığı üçün əməkdaşlıq olunmadı. Kənd ağsaqqalları və gənc bələdiyyə sədri Tural Bəşirovun dəfələrlə müraciətindən sonra AzKİL-2 Masallı ofisinin əməkdaşları yolunu 4 noyabr 2015-ci il tarixdə Xoşçobanlı icmasına saldı.

    Masallı rayonunun Xoşçobanlı icması

    Bölmələr: ---

     

    Quba rayonunun Timiryazev kəndi

    baxılıb: 1592

  • Tarix: 10-11-2015, 10:19
  • Quba rayonu Timiryazev kəndi rayon mərkəzindən 1 km uzaqlıqda yerləşir. Rayonda yaradılmış ilkin təsərrüfatlardan biri meyvə-tingliyi sovxozu olmuşdur ki bu da Timiryazev kəndinin ərazisində fəaliyyət göstərmişdir. 1929-cu ildə təşkil edilmiş bu təsərrüfat ilkin illərdə 11 №-li sovxoz, sonralar isə Rusiya elmlər akademiyasının həqiqi üzvü, botanika elmi sahəsində tanınmış dünya şöhrətli alim, akademik A.K.Timiryazevin şərəfinə “Timiryazev” kimi adlandırılmışdır. Kəndin adı da məhz akademikin adından götürülmüşdür. 2000-ci ildə sovxoz ləğv edilib və Timiryazev bələdiyyəsinin mülkiyyətinə verilmişdir. 2003-cü ildə torpaqlar özəlləşdirilib və kiçik fermer təsərrüfatları yaradılmışdır. Fermerlər əsasən meyvəçilik və tingçiliklə məşğuldurlar.

    Quba rayonunun Timiryazev kəndi

    Bölmələr: ---