» Materiallar 01.11.2015

 
 
 

SU ARXLARININ TƏMİZLƏNMƏSİ Layihəsi icraya başlayacaq

baxılıb: 562

  • Tarix: 1-11-2015, 21:08
  • Məlumatı yazmağa həm bir AzKİL-2 əməkdaşı, həm də Əhmədli icma sakini kimi dərindən bir ah çəkib başladım. Əfsus ki bu dəfə də yağışda icmamız xətərsiz ötüşmədi. Bəlkə də elə bir gəlir gətirən layihə yoxdur ki, Əhmədli icması üçün bu icmada icra olunacaq Su arxlarının təmizlənməsi layihəsi qədər faydalı olsun. Əhmədli icması Masallı rayon mərkəzindən 14 km məsafədə yerləşir. İcma əhalisi gözünü əkdiyi kartof sahələrinə tikir.

    SU ARXLARININ TƏMİZLƏNMƏSİ Layihəsi icraya başlayacaq

    Bölmələr: ---

     

    Xaçmaz rayonunun Qaracik-Zeyid kəndi

    baxılıb: 1650

  • Tarix: 1-11-2015, 21:03
  • Xaçmaz rayonunun Qaracik-Zeyid kəndi məskulaşma tarixi XVIII əsrə təsadüf edən qədim kəndlərdən biridir. Kənddə ilk məskunlaşma Naxçıvanın Qaracuq mahalından gəlmə əhali tərəfindən olmuşdur. Daha sonra bu ərazidə 1874-cü ildə Quba rayonunun dağlıq Zeyid kəndindən bir qrup əhali məskunlaşmışdır. Bu səbəbdən də kənd Qaracik-Zeyid kimi adlandırılmışdır.

    Xaçmaz rayonunun Qaracik-Zeyid kəndi

    Bölmələr: ---

     

    Quba rayonunun İsnov kəndi

    baxılıb: 2204

  • Tarix: 1-11-2015, 21:00
  • Quba rayonu İsnov kəndi tarixi XVII əsrə dayanan qədim dağ kəndlərindən biridir. Etnik tərkibinə görə tatlardan və ləzgilərdən ibarət olan kənd vaxtı ilə bu ərazidə olan isti novların (bulaqların) çoxluğuna görə İsnov kimi adlandırılmışdır. Kəndin tarixinin qədimliyini burada olan daş qəbirlərin üzərindəki yazılardan da müəyyən etmək mümkündür. Hətta kənd ərazisində çox qədim Xəlfədoşalı baba (Xəlifeyi ibn Dərviş kimi tərcümə olunur) kimi tanınan ziyarətgaha da rast gəlmək olar.

    Quba rayonunun İsnov kəndi

    Bölmələr: ---

     

    Saatlı rayonunun Novruzlu kəndində İştiraklı Kənd Qiymətləndirilməsi Seminarı

    baxılıb: 1322

  • Tarix: 1-11-2015, 20:55
  • Bu gün, İştiraklı Kənd Qiymətləndirilməsi Seminarı Kür ilə Arazın qovuşduğu məkanda keçirildi. Bura infrastrukturu çox zəif olan Saatlı rayonunun Novruzlu kəndidir. Kəndin suqovuşanda yerləşməsi bir tərəfdən kəndə gözəllik gətirirsə, o biri tərəfdən çayların şıltağlığı kəndə əlavə qayğı gətirir. Mütəmadi baş verən daşqınlar kənd üçün ciddi fəsadlar törədir. Sonuncu daşqın zamanı sel suları məktəb binasını yuyub aparmış, yolları və tikililəri sıradan çıxarmışdı.

    Saatlı rayonunun Novruzlu kəndində İştiraklı Kənd Qiymətləndirilməsi Seminarı

    Bölmələr: ---