» Materiallar Noyabr 2015 il

 
 
 

Yardımlı rayonunun Ərsilə icması

baxılıb: 1201

  • Tarix: 24-11-2015, 09:51
  • Yardımlı rayonu, Ərsilə icmasında səhər tezdən səliqəli geyinib həvəslə evdən çıxan bu iki körpə qızın palçıqlı məktəb yolunda necə əziyyət çəkdiyini görəndə çox məyus olduq. Amma çox əminik ki, bu balalar da tezliklə Lənkəran rayonundakı Separadi icmasının məktəbliləri kimi təmiz və rahat məktəb yolunun sevincini yaşayacaqlar!

    Yardımlı rayonunun Ərsilə icması

    Bölmələr: ---

     

    Quba rayonu Tüləkəran icması

    baxılıb: 1403

  • Tarix: 20-11-2015, 14:44
  • Quba rayonunun dağlıq kəndlərindən sayılan Tüləkəran kəndi infrastrukturunun həddən artıq bərbad olması ilə diqqət çəkən kəndlərdən biridir. Kənddə ilk məskunlaşma XVII əsrin əvvəllərində baş vermişdir. Kəndin adının mənası isə ər məkan yəni igidlər məkanı kimi ifadə olunmaqdadır. Əhalisi əsasən Yenikənd, Suxtakələ kəndlərindən köçüb gəlmə əhali olmuşdur. Həmin kəndlərin əhalisi əsasən əkinçilik və dulusçuluqla məşğul olurmuşlar.

    Quba rayonu Tüləkəran icması

    Bölmələr: ---

     

    Xaçmaz rayonu Dədəli icması

    baxılıb: 1174

  • Tarix: 20-11-2015, 13:00
  • Dədəli kəndi Xaçmaz rayonunun qədim kəndlərindən biridir. Məskunlaşma tarixi IX-X əsrə təsadüf edən bu kəndin adının mənası sahibi olan yer mənasında işlənir. Tarixi rəvayətlərə görə isə Dədəli sözü Dəh dəli kimi ifadə olunur ki bu da fars dilindən tərcümədə on döyüşkən igid mənasında işlənir. Rəvayətə görə Azərbaycan xanlarından olan Hacı Davud 1680-ci ildə bu kənddə anadan olmuşdur. Hacı Davud xan 1721-1728-ci illərdə böyük bir ərazinin xanı olmuşdur. Bu kəndin ərazisində yerləşən böyük bir torpaq sahəsi, indi də kənd sakinləri tərəfindən "Davud yerləri" kimi adlandırılır.

    Xaçmaz rayonu Dədəli icması

    Bölmələr: ---

     

    ASTARA RAYONUNUN PƏLİKEŞ İCMASI

    baxılıb: 1149

  • Tarix: 20-11-2015, 09:47
  • Dağlar qoynunda yerləşən Astara rayonunun Pəlikeş (Talış sözü olub - Dərədən qazılan yol mənasını verir) icmasına gedən zaman ilk düşündüyümüz insanların vaxtında yığışa bilməyəcəkləri idi . Çünki kənddə evlər arasında məsafə bəzən 1 km dən çox idi. Dağlara səpələnən evlərdən insanların toplaşmağına inanmaq çox çətin idi. Amma yolboyu dəfələrlə kəndin Ərazi icra nümayəndəsi Balakişi müəllim tez-tez zəngedərək nə vaxt çatacağımızı soruşması marağımızı cəlb edirdi.

    ASTARA RAYONUNUN PƏLİKEŞ İCMASI

    Bölmələr: ---

     

    MASALLI RAYONUNUN SEYİDTƏPƏ İCMASI

    baxılıb: 1104

  • Tarix: 20-11-2015, 09:45
  • 19 noyabr 2015-ci il tarixi üçün Masallı rayonu Seyidtəpə icmasında İştiraklı Kənd Qiymətləndirilməsi Seminarının keçirilməsi üçün vaxt təyin edilmişdi. Dünəndən başlayan güclü yağışın kəsmədiyini gördükdə insanların seminar üçün vaxtında toplaşacağına az inam olsada AzKİL-2 əməkdaşları vaxtından əvvəl icmaya gəldilər. İcmada heç bir inzibatı bina olmadığından əhali məscidin həyətinə toplaşmalı idi. Məscidə yaxınlaşan zaman bir dəstə sakinin məscidin qarşısında olan ensiz çardağın altında dayandıqlarını gördük.

    MASALLI RAYONUNUN SEYİDTƏPƏ İCMASI

    Bölmələr: ---

     
    Geri İrəli