» Materiallar Sentyabr 2015 il

 
 
 

VII Zonalararası Qarşılıqlı Görüşlər Sessiyası davam edir.

baxılıb: 879

  • Tarix: 27-09-2015, 16:00
  • Garabağ zonasından gələn iştirakçılar İsmayıllı rayonunun Aşıq Bayram icmasında qonaq oldular. Ağdamın Zəngişanlı icmasını təmsil edən Fikrət müəllim əsl Qarabağlı olaraq özü ilə qaval da gətirmişdi. Çox maraqlı görüş idi...müğamlar, mahnılar, maraqlı hekayətlər hətta Yəməntac xanımın söylədiyi Naxçıvan haxıştaları insanlara sevinc və fərəh bəxş edirdi.

    VII Zonalararası Qarşılıqlı Görüşlər Sessiyası davam edir.

    Bölmələr: ---

     

    VII Zonalarararsı Qarşılıqlı Görüşlər Sessiyası öz işinə başladı

    baxılıb: 1458

  • Tarix: 27-09-2015, 15:51
  • AzKIL növbəti dəfə də öz ənənəsinə sadiq qalaraq 26 sentyabr 2015-ci il tarixində İsmayıllı rayonunda 80 nəfərdən çox nümayəndənin iştirakı ilə təşkil elədiyi konfransla Vİİ Zonalararası Qarşılıqlı Görüşlər Sessiyasının 4 günlük səfərinə start vermiş oldu. Bu 4 günlük sessiya İsmayıllıdan başlamaqla Ağdam, Ağcabədi, Bərdə, Tovuz, Gədəbəy və Göygöl rayonlarını əhatə edərək 29 sentyabrda Göygöl şəhərində oz işini yekunlaşdıracaq.

    VII Zonalarararsı Qarşılıqlı Görüşlər Sessiyası öz işinə başladı

    Bölmələr: ---

     

    Qusar rayonunun Kuzunqışlaq icmasında İKQ seminarı

    baxılıb: 1408

  • Tarix: 22-09-2015, 09:33
  • AzKİL-2 Şimal zonası üzrə LKH-i əməkdaşları növbəti İKQ seminarının keçirilməsi üçün Qusar rayonu Kuzunqışlaq icmasına səfər etdilər. İcmaya daxil olarkən görüş yerinə toplaşan icma əhalisinin yetərsaydan artıq olması faktı bu icmada problemlərin kifayət qədər olduğundan və əhalinin əməkdaşlığa xeyli meylli olmasından xəbər verirdi. Seminar öz işinə uğurla başladı.

    Qusar rayonunun Kuzunqışlaq icmasında İKQ seminarı

    Bölmələr: ---

     

    Pirəbbə icmasında məktəb layihəsinin açılışı mərasimi

    baxılıb: 954

  • Tarix: 18-09-2015, 16:42
  • Pirəbbə icması Neftçala rayon mərkəzindən 29 km aralıda yerləşir. Bu kənddə uzun illərdir ki, orta məktəb binası təmirsiz idi. Belə ki, məktəblilərin təhsil aldığı sinif otaqları bərbad vəziyyətdə idi . Məktəbin qəzalı durumu və sinif otaqlarının az olması icma sakinlərinin həmişə narahatlığına səbəb olur , həm də məktəblilərin təhsil səviyyəsinə mənfi təsir edirdi .

    Pirəbbə icmasında məktəb layihəsinin açılışı mərasimi

    Bölmələr: ---

     

    Tovuz rayonu Bayramlı icması

    baxılıb: 1428

  • Tarix: 18-09-2015, 16:25
  • İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində növbəti İştiraklı Kənd Qiymətləndirməsi Seminarı Bayramlı icmasında baş tutdu. Əhalisi 2852 nəfər olan Bayramlı icması səfərbərliyə böyük maraqla toplaşmışdılar. Onlar AzKİL-2 ilə əməkdaşlıqda öz problemlərinin həllinə ümid etdiklərini dilə gətirdilər. Kənd tarixçəsi alətini işləyərkən məlum oldu ki, tarixi XIV əsrdən başlayan kənddə ilk olaraq Tovuz çayı hövzəsindən məcburi olaraq köçüb gələn ailələr məskunlaşmış və Bayram adlı şəxsin adı ilə bağlı olaraq kənd Bayramlı adlandırılmışdır.

    Tovuz rayonu Bayramlı icması

    Bölmələr: ---

     
    Geri İrəli