» Materiallar Iyun 2015 il

 
 
 

Qaraçay Cek icmasında İnformasiya Görüşü

baxılıb: 776

  • Tarix: 15-06-2015, 12:58
  • 150 ildən artıq tarixə malik olan 1130 nəfər əhalinin məskunlaşdığı Qaraçay Cek kəndi rayon mərkəzi Xaçmazdan 14 km-lik məsafədə yerləşir. Kənd Qubanın Cek kəndindən gəlib və Qaraçayın sahilində yerləşdiyi üçün adının mənası da buradan götürülüb.Kəndin sakinlərinin soy kökü Qubanın Cek kəndindən gəldiyi üçün demək olar ki, bütün adət-ənənələri eynidir. Qaraçay Cek icmasında informasiya görüşü keçirildi.

    Qaraçay Cek icmasında İnformasiya Görüşü


    Bölmələr: ---

     

    KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNİN YENİ LAYİHƏSİ GÖZÜNÜZ AYDIN, FERMERLƏR!!!

    baxılıb: 1509

  • Tarix: 11-06-2015, 09:46
  • Bu gün Bərdə rayonunun Kolayır kəndində Kənd Təsərrüfatı Nazirliyinin yeni potensial Ətlik-südlük istiqamətli fermer təsərrüfatlarının yaradılması Layihəsinin İnformasiya Görüşü keçirildi. Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın İnkişafı Şöbəsinin müdiri Qalib Əbdüləliyev və Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin əməkdaşı Orxan Mikayıl görüşdə iştirak edən pilot 34 kəndli fermer təsərrüfatının nümayəndələrinə yeni layihəni təqdim etməklə onların çoxsaylı suallarını cavablandırdı.

    KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNİN YENİ LAYİHƏSİ  GÖZÜNÜZ AYDIN, FERMERLƏR!!!


    Bölmələr: ---

     

    Kəngərli rayonunun Qarabağlar icması

    baxılıb: 1740

  • Tarix: 9-06-2015, 09:31
  • Bu gün Naxçıvan Muxtar Respublikası, Kəngərli rayonunun Qarabağlar icmasında AzKİL 2-nin dəstəyi ilə həyata keçirilmiş İçməli su təminatı və Elektrik sisteminin bərpası layihələrinə baxış keçirildi. Benefisiar təsərrüfatlardan birində Ramidə xanım bizi təkidlə AzKİL in dəstəyi ilə icmaya gələn su və elektrikin köməyi ilə hazırladığı çaya qonaq etdi, daha sonra isə bu suya arxalanıb əkdiyi bostanı göstərdi. BƏRƏKƏTLİ OLSUN, RAMİDƏ XANIM!

    Kəngərli rayonunun Qarabağlar icması



    Bölmələr: ---

     

    Naxçıvan Muxtar Respublikasına səfər

    baxılıb: 549

  • Tarix: 9-06-2015, 09:23
  • Bu gün Naxçıvan Muxtar Respublikasında AzKİL 2-nin Naxçıvan zonası üzrə Regional Qrantların Təsdiqi Komissiyasının sədri Nurəddin Babayev ilə görüş keçirildi. Layihənin Direktor müavini/İcma İnkişafı üzrə Menecer Gülbəniz Qənbərova son bir il ərzində Naxçıvan icmalarında həyata keçirilmiş İcma Layihələri, onların texniki icrası, dayanıqlıq və istismar məsələləri barədə müzakirə apardı. Görüş zamanı AzKİL in maliyyələşdirdiyi İcma Layihələrinə Naxçıvan rəhbərliyinin böyük dəstəyi və paralel töhfəsi xüsusi təşəkkürlə qeyd olundu.

    Naxçıvan Muxtar Respublikasına səfər

    Bölmələr: ---

     

    Ağdam rayonunun Sarıcalı icmasında səfərbərlik

    baxılıb: 1977

  • Tarix: 4-06-2015, 16:08
  • AzKİL-2 Qarabağ Regional Ofisi Komandasının Səfərbərlik üçün növbəti ünvanı 05 Iyun 2015-ci il tarixdə Ağdam rayonu Sarıcalı icmasına oldu. Seminarın işində Qarabağ RƏO-nin Proqram Mütəxəssisi Əbülfət Əhmədov, işçi Komanda , Sarıcalı Kənd İcra Nümayəndəsi və Bələdiyyəsi və 280-dən artıq icma üzvləri və müxtəlif sosial qrupdan olan sakinlər təmsiil edirdilər. Məlum oldu ki, Sarıcalı icması XVI-XVII əsrlərə aid bir icmadır və ilk ailələr Şəki, Şuşa ,Bərdə və Xocavəddən olmuşdur.

    Ağdam rayonunun Sarıcalı icmasında səfərbərlik

    Bölmələr: ---