» Materiallar Iyun 2015 il

 
 
 

Babək rayonunun Xəlilli kəndi

baxılıb: 1025

  • Tarix: 21-06-2015, 09:18
  • Babək rayon Xəlilli kəndində ilk məskunlaşma 1930-cu illərdən başlamışdır. Xəlilli kəndinin rayon mərkəzi ilə arasındakı məsafə 7 km-dir. Əhalisi 775 nəfər olan bu kəndin əsas fəaliyyəti yemçilik, heyvandarlıq və tərəvəzçilikdir. AzKİL - ilə ilk dəfə həyata keçirdikləri layihə “İçməli su” layihəsi çox uğurlu layihə olmuşdur ki, bu layihənin dayanıqlılığı icma tərəfindən hələ də qorunub saxlanılır. İcmada informasiya görüşü və təkrar təlim zamı məlum oldu ki, AzKİL ilə əməkdaşlıqdan sonra kənd icma qrupunun təcrübəsindən bəhrələnərək icma ərazisində Məscidin təmiri, Su kanallarının təmizlənməsi, Xeyir-şər evinin tikilməsi, Qəbristanlığın hasarlanması və abadlaşması kimi işləri öz vəsaitləri hesabına həyata keçiriblər.

    Babək rayonunun Xəlilli kəndi

    Bölmələr: ---

     

    Ağdaş Rayonunun Tofiqi icmasında "Süd Toplama Məntəqəsinin Təşkili" Layihəsinin Açılış Mərasimi

    baxılıb: 1612

  • Tarix: 20-06-2015, 13:12
  • Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən icra olunan, Azərbaycan Hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi tərəfindən həyata keçirilmiş növbəti layihənin açılış mərasimi 19 iyun 2015-ci il tarixində Ağdaş rayonunun Tofiqi icmasında baş tutdu. Tofiqi icması Ağdaş rayon mərkəzindən 15 km aralıda yerləşir.

    Ağdaş Rayonunun Tofiqi icmasında "Süd Toplama Məntəqəsinin Təşkili" Layihəsinin Açılış Mərasimi

    Bölmələr: ---

     

    Göyçay Rayonunun Qaraxıdır İcmasında - "Şitillik İstixanasının Qurulması" Layihəsinin Açılış Mərasimi

    baxılıb: 1732

  • Tarix: 20-06-2015, 13:07
  • Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən icra olunan, Azərbaycan Hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi tərəfindən həyata keçirilmiş növbəti pilot gəligətirən layihənin açılış mərasimi 19 iyun 2015-ci il tarixində Göyçay rayonunun Qaraxıdır icmasında baş tutdu.

    Göyçay Rayonunun Qaraxıdır İcmasında - "Şitillik İstixanasının Qurulması" Layihəsinin Açılış Mərasimi

    Bölmələr: ---

     

    Qəbələdə “İcma Layihələrinin Dayanıqlığı” mövzusunda Regional Konfrans

    baxılıb: 540

  • Tarix: 20-06-2015, 13:01
  • Qəbələdə “İcma Layihələrinin Dayanıqlığı” mövzusunda Regional Konfrans keçirildi. İsmayıllı, Şəki, Oğuz, Zagatala, Balakən, Qəbələ və Ağsu icmalarını təmsil edən iştirakçılar dayanıqlıq mövzusunda plenar təqdimatlar, interaktiv müzakirələr və sual-cavab sessiyalarında ən yaxşı təcrübələri və öyrənilmiş dərsləri bölüşdülər. Dünya Bankının AzKİL 2 üzrə Meneceri Daniel Ouen də konfransda iştirak edirdi.

    Qəbələdə “İcma Layihələrinin Dayanıqlığı” mövzusunda Regional Konfrans

    Bölmələr: ---

     

    Kooperativ iqtisadi inqilabdır!

    baxılıb: 700

  • Tarix: 17-06-2015, 09:08
  • Bu gün Ağcabədi şəhərində Kənd Təsərrüfatı Nazirliyinin yeni layihəsi olan “Ətlik-südlük istiqamətli ailə fermer təsərrüfatlarının yaradılması” layihəsi çərçivəsində pilot Heyvandarlıq-südçülük kooperativinin Səfərbərlik Yığıncağı oldu. Səfərbərliyi AzKİL 2 Qarabağ Əməliyyatlar ofisinin işçi heyəti həyata keçirdi. Yığıncaqda İmişli icması, Ağçabədi rayonunun Təzəkənd icması və Bərdə rayonunun Kolayır icmasından seçilmiş pilot təsərrüfatların nümayəndələri iştirak edirdi.

    Kooperativ iqtisadi inqilabdır!

    Bölmələr: ---