» Materiallar 25.06.2015

 
 
 

LƏNGAN İCMASI SƏFƏRBƏR OLUNDU

baxılıb: 1096

  • Tarix: 25-06-2015, 11:48
  • Ləngan icması Masallı rayon mərkəzindən 20 km masafədə yerləşən və infrastrukturu zəif olan icmalardan biridir. İcmanın adından göründüyü kimi elə infrastrukturun inkişafı da bu icmada “ləng” gedib. LƏNGAN fars dilində LƏNGLƏR deməkdir. Kənd ağsaqqallarının dediklərinə görə əvvəllər bu icmada cəmi 7 ev olub və heç bir inkişaf(artım) olmadığından icma belə adlandırılıb. İcmanın əsas məşğuliyyəti əkinçilikdir. Bütün icma sakinləri kartof əkini ilə məşğul olurlar. Mövsümi iş və havanın çox isti olması ilə əlaqədar səfərbərliyə toplaşmaq bir qədər çətin olsa da, kənd sakini Yavər İsmayılovun sayəsində bu proses uğurlu alındı.

    LƏNGAN İCMASI SƏFƏRBƏR OLUNDU

    Bölmələr: ---

     

    EVOĞLUDA SƏFƏRBƏRLİK SEMİNARI

    baxılıb: 772

  • Tarix: 25-06-2015, 09:23
  • 24 iyun 2015-ci il tarixində, isti yay günündə yolumuz Ağdam rayonu Evoğlu icmasına düşdü. Yol boyu hərəkət etdikcə qarşılaşdığımız mənzərələrdən biri də zəhmətkeş kənd camaatının qızmar günün altında əkin-biçin sahəsində işləmələri oldu. İlk olaraq icmada fəal qadınlar bizi qarşıladılar, məktəbin foyesində hazırlıq işlərini aparana qədər diqqətimizi cəlb edən icma sakinlərinin tələsik məktəbə tərəf üz tutmaları oldu. Elə, səfərbərliyə başlayan kimi icma üzvləri öz ürək sözlərini, problemlərini bizə çatdırmağa başladılar.

    EVOĞLUDA SƏFƏRBƏRLİK SEMİNARI

    Bölmələr: ---