» Materiallar 09.06.2015

 
 
 

Kəngərli rayonunun Qarabağlar icması

baxılıb: 1740

  • Tarix: 9-06-2015, 09:31
  • Bu gün Naxçıvan Muxtar Respublikası, Kəngərli rayonunun Qarabağlar icmasında AzKİL 2-nin dəstəyi ilə həyata keçirilmiş İçməli su təminatı və Elektrik sisteminin bərpası layihələrinə baxış keçirildi. Benefisiar təsərrüfatlardan birində Ramidə xanım bizi təkidlə AzKİL in dəstəyi ilə icmaya gələn su və elektrikin köməyi ilə hazırladığı çaya qonaq etdi, daha sonra isə bu suya arxalanıb əkdiyi bostanı göstərdi. BƏRƏKƏTLİ OLSUN, RAMİDƏ XANIM!

    Kəngərli rayonunun Qarabağlar icması



    Bölmələr: ---

     

    Naxçıvan Muxtar Respublikasına səfər

    baxılıb: 549

  • Tarix: 9-06-2015, 09:23
  • Bu gün Naxçıvan Muxtar Respublikasında AzKİL 2-nin Naxçıvan zonası üzrə Regional Qrantların Təsdiqi Komissiyasının sədri Nurəddin Babayev ilə görüş keçirildi. Layihənin Direktor müavini/İcma İnkişafı üzrə Menecer Gülbəniz Qənbərova son bir il ərzində Naxçıvan icmalarında həyata keçirilmiş İcma Layihələri, onların texniki icrası, dayanıqlıq və istismar məsələləri barədə müzakirə apardı. Görüş zamanı AzKİL in maliyyələşdirdiyi İcma Layihələrinə Naxçıvan rəhbərliyinin böyük dəstəyi və paralel töhfəsi xüsusi təşəkkürlə qeyd olundu.

    Naxçıvan Muxtar Respublikasına səfər

    Bölmələr: ---