» Materiallar Iyun 2015 il

 
 
 

Lənkəran rayonunun Qumbaşı icmasında səfərbərlik

baxılıb: 540

  • Tarix: 27-06-2015, 18:43
  • 25 iyun 2015-ci il tarixdə Lənkəran rayonu Qumbaşı icmasında Səfərbərlik təşkil olundu. Qumbaşı icmasının əhalisi XVII əsrdə bu ərazidə məskunlaşıb. Qumluq ərazi burdan başladığından kənd Qumbaşı adlandırılmışdır. Əhalinin əsas məşğuliyyəti balıqçılıqdır. İcmaya el arasında balıqçılar kəndi də deyilir. Ələt-Astara Avtomagistralının Lənkəran hissəsində Lənkərana gələn qonaqları Qumbaşı icması salamlayır.

    Lənkəran rayonunun Qumbaşı icmasında səfərbərlik

    Bölmələr: ---

     

    Zonadaxili Qarşılıqlı Görüş Ağcabədinin Aran icmasında reallaşdı

    baxılıb: 553

  • Tarix: 27-06-2015, 18:40
  • 25 iyun 2015-ci il tarixdə Qarabağ Regional Əməliyyatlar Ofisinin əməkdaşlarının İcmadaxili "Qarşılıqlı Görüş" üçün seçdiyi növbəti ünvan Ağcabədi rayonu Aran icması oldu. Amma bu ünvan təsadüfü seçilmədi. Bu tədbirdə ev sahibliyini öz üzərinə alan təşəbbüskar lider qadın, İcma Qrupunun aparıcı üzvü, kənd bələdiyyəsinin sədri Çiçək Şirəliyeva oldu. Zonadaxili Qarşılıqlı Görüşə dəvət edilmiş Ağcabədi rayonu Minəxorlu, Ağdam rayonu Böyükbəyli İcma Qrup üzvlərini və bizi Çiçək xanım öz üzvləri ilə birgə İcma otağının yerləşdiyi binanın qabağında qarşıladı və maraqlı bir tədbirə start verildi.

    Zonadaxili Qarşılıqlı Görüş Ağcabədinin Aran icmasında reallaşdı

    Bölmələr: ---

     

    LƏNGAN İCMASI SƏFƏRBƏR OLUNDU

    baxılıb: 923

  • Tarix: 25-06-2015, 11:48
  • Ləngan icması Masallı rayon mərkəzindən 20 km masafədə yerləşən və infrastrukturu zəif olan icmalardan biridir. İcmanın adından göründüyü kimi elə infrastrukturun inkişafı da bu icmada “ləng” gedib. LƏNGAN fars dilində LƏNGLƏR deməkdir. Kənd ağsaqqallarının dediklərinə görə əvvəllər bu icmada cəmi 7 ev olub və heç bir inkişaf(artım) olmadığından icma belə adlandırılıb. İcmanın əsas məşğuliyyəti əkinçilikdir. Bütün icma sakinləri kartof əkini ilə məşğul olurlar. Mövsümi iş və havanın çox isti olması ilə əlaqədar səfərbərliyə toplaşmaq bir qədər çətin olsa da, kənd sakini Yavər İsmayılovun sayəsində bu proses uğurlu alındı.

    LƏNGAN İCMASI SƏFƏRBƏR OLUNDU

    Bölmələr: ---

     

    EVOĞLUDA SƏFƏRBƏRLİK SEMİNARI

    baxılıb: 649

  • Tarix: 25-06-2015, 09:23
  • 24 iyun 2015-ci il tarixində, isti yay günündə yolumuz Ağdam rayonu Evoğlu icmasına düşdü. Yol boyu hərəkət etdikcə qarşılaşdığımız mənzərələrdən biri də zəhmətkeş kənd camaatının qızmar günün altında əkin-biçin sahəsində işləmələri oldu. İlk olaraq icmada fəal qadınlar bizi qarşıladılar, məktəbin foyesində hazırlıq işlərini aparana qədər diqqətimizi cəlb edən icma sakinlərinin tələsik məktəbə tərəf üz tutmaları oldu. Elə, səfərbərliyə başlayan kimi icma üzvləri öz ürək sözlərini, problemlərini bizə çatdırmağa başladılar.

    EVOĞLUDA SƏFƏRBƏRLİK SEMİNARI

    Bölmələr: ---

     

    Sabirabad rayonunun Qardaşlar icmasında səfərbərlik seminarı

    baxılıb: 1205

  • Tarix: 24-06-2015, 08:45
  • Sabirabad rayonu Qardaşlar icmasında səfərbərlik seminarı keçirildi. Kənddə sosial infrastruktur olmadığı üçün 200 nəfərin iştirak etdiyi seminar bir kənd sakininin həyətində baş tutdu. Nəticə olaraq, problemlərin müqayisəsi zamanı icma üzvüləri tərəfindən əsas problem kimi "Tibb məntəqəsi binasının olmaması" önə çəkildi.

    Sabirabad rayonunun Qardaşlar icmasında səfərbərlik seminarı

    Bölmələr: ---

     
    Geri İrəli