» Materiallar May 2015 il

 
 
 

REGİONAL KONFRANS İCMA LAYİHƏLƏRİNİN DAYANIQLIĞI

baxılıb: 586

  • Tarix: 26-05-2015, 23:21
  • Bu gün Ağcabədi şəhərində QARABAĞ zonası üzrə Regional Konfrans keçirildi. Ağcabədi RİH nümayəndəsi Taryel Əsədov, AzKİL 2 Direktor müavini/İcma İnkişafı Meneceri Gülbəniz Qənbərova və AzKİL 2 Qarabağ zonası üzrə Proqram Mütəxəssisi Əbülfət Əhmədov açılış nitqləri ilə çıxış etdilər. Mühəndis Heydər Əliyevin İcma Layihələrinin dayanıqlığı müvzusunda geniş təqdimatı iştirakçıların marağına səbəb oldu.

    REGİONAL KONFRANS  İCMA LAYİHƏLƏRİNİN DAYANIQLIĞI

    Bölmələr: ---

     

    Ağsu rayonu Təklə İcması

    baxılıb: 1649

  • Tarix: 26-05-2015, 12:00
  • Təklə icması Ağsu rayon mərkəzindən 6 km uzaqlıqda yerləşməsinə baxmayaraq həddindən artıq infrastruktur problemləri ilə üz-üzə dayanmış icmadır. İKQ seminarı zamanı icma əhalisinin ən çox əziyyət çəkdiyi problemlər sırasında içməli su çatışmazlığı və yolların yararsız olması kimi prioritet məsələlər önə çəkilirdi. Əhalisinin Şamaxıdan gəlmələr olduğu söylənilən Təklə icmasında ilk məskunlaşmanın XIX əsrə təsadüf edildiyi müəyyən olundu. Təklə sözünün mənası öndəgedən deməkdir. İKQ seminarı gedişində aparılan problem ardıcıllığı zamanı əhalinin daha çox səsverməsi nəticəsində yolların yararsız olması problemi birinci olaraq seçildi.

    Ağsu rayonu Təklə İcması

    Bölmələr: ---

     

    AĞDAM İCMALARI SƏFƏRBƏR OLUNUR

    baxılıb: 685

  • Tarix: 26-05-2015, 11:53
  • Qaradağlı kəndi Ağdam rayonunun qədim kəndlərindəndir. Əhalisi 2815 nəfər təşkil edir. Bunlardan 444 nəfəri köçkundür. Qaradağlı kəndində 5 nəfər -Sürəyya Kərimova, Məmməd Məmmədov, Muxtar Məmmədov,Turab Məmmədov və Səkinə İmanova Sosialist Əməyi Qəhrəmanı olmuşdur. Ulu öndərimiz Heydər Əliyev iki dəfə 1971 və 1982-ci illərdə Qaradağlı kəndində əmək adamları ilə görüşmüşdür.1969-cu ildən fəaliyyət göstərən kənd musiqi məktəbi SSRİ-də 3-cü, Azərbaycanda isə ilk musiqi məktəbidir.

    AĞDAM İCMALARI SƏFƏRBƏR OLUNUR

    Bölmələr: ---

     

    GÖYGÖL RAYONUNDA REGİONAL KONFRANS KEÇİRİLDİ

    baxılıb: 621

  • Tarix: 26-05-2015, 11:47
  • 25 may 2015-ci il tarixində Göygöl rayonunda İcma Layihələrinin Dayanıqlığı mövzusunda Regional Konfrans keçirildi. Konfransın təşkilatçısı AzKİL 2, Şimal Qərb Əməliyyatlar Ofisi olmaqla Göygöl, Tovuz, Gədəbəy, Yevlax və Goranboy rayonlarında fəaliyyət göstərən bələdiyyə və icma liderlərini bir araya gətirdi. Konfransda Göygöl RİH Başçışı Arif Seyidov, Göygöl RİH Başçısının Müavini İlqar Məmmədov, AzKİL 2 Direktor müavini/İcma İnkişafı Meneceri Gülbəniz Qənbərova və Proqram Mütəxəssisi Xudayar Gülmalıyev başda olmaqla AzKİL 2 Şimal Qərb Regional Əməliyyatlar Ofisinin əməkdaşları da iştirak edirdi.

    GÖYGÖL RAYONUNDA REGİONAL KONFRANS KEÇİRİLDİ


    Bölmələr: ---

     

    Lənkəran rayonunun Separadi icmasında Yolun Təmiri layihəsinin təntənəli açılış mərasimi

    baxılıb: 1738

  • Tarix: 26-05-2015, 11:39
  • 21 may 2015-ci il tarixində Lənkəran rayonunun Separadi icmasında Yolun Təmiri layihəsinin təntənəli açılış mərasimi baş tutdu. Tədbirdə Lənkəran Rayon İcra Hakimiyyətinin nümayəndəsi Əlimərdan Əliyev, AzKİL-in Direktor Müavini, İcma İnkişafı və Bacarıqların Artırılması üzrə Menecer Gülbəniz xanım Qənbərova, AzKİL-2 Muğan-Salyan zonası üzrə Proqram Mütəxəssisi Fəridə Eminova, Separadi İcra Nümayəndəsi Süleyman Əzimov, kənd ağsaqqalları və ziyalılar, eləcədə AzKİL-in Bakıdan və regionlardan olan işçi heyəti iştirak etdilər.

    Lənkəran rayonunun Separadi icmasında Yolun Təmiri layihəsinin təntənəli açılış mərasimi

    Bölmələr: ---

     
    Geri İrəli