» Materiallar Aprel 2015 il

 
 
 

İCMALARDA İLKİN QİYMƏTLƏNDİRMƏLƏR DAVAM EDİR

baxılıb: 612

  • Tarix: 29-04-2015, 23:51
  • 29 Aprel 2015-ci il tarixində Qarabağ Regional Ofisinin əməkdaşları Yəməntac Əmirova, Heydər Əliyev, Surəyya Həsənova İlkin İcma Qiymətləndirməsi üçün yola düşdü. Qarabağ zonasında növbəti ünvan Ağcabədi rayonu Yuxarı Qiyaməddinli kəndi oldu. Ərazi dairəsi Aşağı və Yuxarı Qiyaməddinli kəndini əhatə edir, əhalisi 3810 nəfər olan Yuxarı Qiyaməddinli kəndində bizi Kənd Bələdiyyə Şurasının Sədri, Ərazi İcra Nümayəndəsi, məktəb direktoru və müəllimlər, kənd ağsaqqları qarşıladılar. Kəndə girişimizdə ilk təəssüratımız bu yeni icmanın gülər üzü oldu.

    İCMALARDA İLKİN QİYMƏTLƏNDİRMƏLƏR DAVAM EDİR

    Bölmələr: ---

     

    TOVUZDA "ƏTRAF MÜHİT" KONFRANSI

    baxılıb: 625

  • Tarix: 29-04-2015, 23:48
  • AzKİL 2-nin Şimal Qərb Regional Əməliyyatlar Ofisi bu gün Tovuzda İcma Layihələrinin ətraf mühitə təsirinin araşdırılması və risklərin azaldılması tədbirləri ilə bağlı Regional Konfrans keçirdi. Konfransda Tovuz, Qazax, Göygöl, Goramboy və Ağstafa rayonlarını təmsil edən kənd icmalarının nümayəndələri, Tovuz Rayon İH Ümumi Şöbənin müdiri Fərman Qurbanov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional İdarəsinin Sektor Müdiri Novruz İsmayılov da iştirak edirdi.

    TOVUZDA "ƏTRAF MÜHİT" KONFRANSI


    Bölmələr: ---

     

    TOVUZDA İCLAS KEÇİRİLDİ

    baxılıb: 562

  • Tarix: 29-04-2015, 23:37
  • 28 Aprel 2015-ci il tarixində AzKİL 2 Şimal Qərb Əməliyyatlar zonasının Tovuzda yerləşən Regional Ofisində iclas keçirildi. Layihənin Direktor Müavini, İcma İnkişafı üzrə Menecer Gülbəniz Qənbərova rüb ərzində görülən işləri RƏO heyəti ilə birgə təhlil etdi, növbəti rüb ərzində qarşıda duran tapşırıqlar müzakirə olundu. Sabah Tovuzda keçiriləcək "Ətraf Mühit" konfransına hazırlıqla bağlı məsələlərə də toxunuldu.

    TOVUZDA İCLAS KEÇİRİLDİ

    Bölmələr: ---

     

    Ağdam Rayonunun Zəngişalı İcmasında İştiraklı Kənd Qiymətləndirməsi Seminarı

    baxılıb: 1801

  • Tarix: 26-04-2015, 10:24
  • 22 aprel 2015-ci il tarixdə Ağdam rayonu, Zəngişalı kəndində AzKİL-2-nin İKQ seminarı keçirildi. Seminar Zəngişalı Bələdiyyəsinin həyətində açıq havada keçirilldi. Zəngişalı icması II qrup icma kimi qiymətləndirilmişdir. İcma CHF qeyri-hökumət təşkilatının dəstəyi ilə su xətlərinin çəkilişi layihəsini həyata keçirilmişdir.Seminarda 225 nəfər iştirak etdi. İcma üzvləri problemlərin müzakirəsində birinci olaraq Yolun təmiri problemini seçdilər.

    Ağdam Rayonunun Zəngişalı İcmasında İştiraklı Kənd Qiymətləndirməsi Seminarı


    Bölmələr: ---

     

    Sabirabad Rayonunun Gomuşçu İcmasında Səfərbərlik Seminarı

    baxılıb: 707

  • Tarix: 26-04-2015, 10:15
  • Sabirabad rayonu Gomuşçu icmasında səfərbərlik keçirilmişdir. İcmada olan vacib ehtiyaclardan biri kənd əsas məktəb binasının bərbad vəziyyətdə olmasıdır. Uşaqlar qışda çox soyuq, istidə dözülməz olan, vaqon tipli tikilidə təhsil alırlar. Təsadufi deyil ki, problemlərin təhlili zamanı, anaları ilə birgə seminarda iştirak edən uşaqlar: "məktəb, məktəb" - deyə qışqıraraq, əllərini qaldırıb müzakirəyə qoşuldular.

    Sabirabad Rayonunun Gomuşçu İcmasında Səfərbərlik Seminarı


    Bölmələr: ---

     
    Geri İrəli