13 mart 2015-ci il tarixində Lənkəran rayonu Şiləvar icma qrupuna Ətraf Mühit təlimi keçirildi. Təlimdə ətraf mühitlə bağlı bir necə mövzu icma qrupu üzvləri ilə müzakirə olundu. Bütün icma qrupu üzvləri təlimin bütün mərhələlərində öz fikirlərini söyləyir və çox fəallıq göstərirdilər. Xüsusilə icma qrupunun sədri Həşim müəllim əvvəllər ətraf mühitlə bağlı təlim keçdiyi üçün öz təcrübələrini də bölüşürdü. Ən maraqlı qarşılanan mövzu isə tullantıların idarə olunması oldu.