» Materiallar 13.03.2015

 
 
 

Masallı rayonu Sarıqaya icmasında (Əmirtürbə kəndi) Əlavə sinif otaqlarının tikintisi layihəsinin cizgisi kənd camaatına təqdim olundu.

baxılıb: 2052

  • Tarix: 13-03-2015, 17:25
  • MƏKTƏB LAYİHƏSİNİN TƏQDİMAT GÖRÜŞÜ KEÇİRİLDİ
    Masallı rayonu Sarıqaya icmasında (Əmirtürbə kəndi) Əlavə sinif otaqlarının tikintisi layihəsinin cizgisi kənd camaatına təqdim olundu. Layihə 4 sinif otağı, 1 müəllimlər otağı və həyətdə tikilmiş iki gözlü sanitar qovşağından ibarətdir. Layihə icmanın öz seçimi və təklif etdiyi dizyn ilə hazırlanmışdır.
    Masallı rayonu Sarıqaya icmasında (Əmirtürbə kəndi) Əlavə sinif otaqlarının tikintisi layihəsinin cizgisi kənd camaatına təqdim olundu.

    Bölmələr: ---

     

    Sabirabad rayonu, Cəfərli icmasında (Ulacalı kəndi) İKQ seminarı həyata keçirildi.

    baxılıb: 2771

  • Tarix: 13-03-2015, 15:44
  • 12 Mart, 2015-ci il tarixdə Sabirabad rayonu, Cəfərli icmasında (Ulacalı kəndi) İKQ seminarı həyata keçirildi. 200 nəfərə qədər iştirakçını bir araya gətirən seminar kənd sakini Əlimərdan Mikayılovun həyətində baş tutdu. Kənd təsərrüfatının qızğın vaxtına düşdüyündən, qadınlar seminarda iştirak etmək üçün birbaşa əkin sahələrindən gəlmişdilər. Seminar zamanı əhalidə olan ruh yüksəkliyi və fəallıq tədbirin daha da maraqlı keçməsinə səbəb oldu. Kənd tarixçəsi prosesi zamanı məlum oldu ki, 2010-cü ildə Kür çayının daşması nəticəsində infrastruktur tamamilə sıradan çıxmışdır. Kənddəki ehtiyaclar vacibliyə görə sıralanarkən səsvermədə Kənddaxili yolların bərpası problemi 1-ci yerə çıxdı. Səfərbərliyin təşkil olunmasında ƏİN Vüqar Babayevin və Bələdiyyə sədri Ziyadxan Gözəlovun zəhməti danılmazdır.
    Sabirabad rayonu, Cəfərli icmasında (Ulacalı kəndi) İKQ seminarı həyata keçirildi.


    Bölmələr: ---