29 yanvar, 2015-ci il tarixdə Çanaqqala restoranında AzKIL2/Counterpart İnternational əməkdaşlarının təşkilatçılığı ilə Kənd Ərazilərində fəaliyyət göstərən potensial donorlar və İcma İnkişafı Tərəfdaşlarının növbəti görüşü keçirildi. Görüşdə QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Sahib Məmmədov, Gəncə Aqrobiznes Assossiasiyasının rəhbəri Vüqar Babayev, GİZ Təşkilatının Proqram Meneceri Elməddin Namazov yeni layihələr barədə maraqlı təqdimatlar etdilər. Görüşün sonunda AzKİL2 İcma İnkişafı Meneceri Gülbəniz Qənbərova cari ilin mart və aprel aylarında ölkənin 12 rayonunda keçiriləcək Bacarıqların Artırılması, İcma Layihələrinin Dayanıqlığı, Ətraf Mühit, Gender və İqtisadiyyat seminarları barədə məlumat verərək tərəfdaşları həmin seminarlarda təmsil olunmağa dəvət etdi.