» Materiallar Dekabr 2014 il

 
 
 

İnamdan Yaranan Uğur

baxılıb: 351

  • Tarix: 22-12-2014, 16:16
  • İnamdan Yaranan Uğur

    Tovuzun başı dumanlı dağlar qoynunda, doğma təbiətin füsunkarlığı ilə qucaq-qucağa olan bir kənddir Kirən. Bu gözəl məkanda yaşayan sakinlər uzun illərdir ki, iç-içə yaşadıqları bir çox problemlərlə yanaşı, yolun yarıtmazlığı və deyim yerində isə - yoxluğundan artıq usanmış, bu əziyyətin bir gün bitəcəyinə olan inamını tamamən itirmiş, şəraitsizlik səbrləri tükəndirmişdi. Bir çox rayonlar kimi Tovuzu da əhatə dairəsinə qəbul etmiş, kənd ərazilərində infrastruktur xidmətlərini artırmaq, insanların yaşayış səviyyəsini yaxşılaşdırmağa çalışan AzKİL haqqında ilkin məlumat alan Kirən sakinləri müraciət etmək qərarına gəldilər.

    Bölmələr: ugur hekayeleri

     

    İmamqulubəyli İcmasının Sosioloji Xəritəsi

    baxılıb: 411

  • Tarix: 22-12-2014, 16:15
  • İmamqulubəyli İcmasının Sosioloji Xəritəsi

    Bərdə rayonunun İmamqulubəyli icmasıda idim. Görüş kənd bələdiyyəsinin otağında idi. Bu otaq həm də icma otağı sayılırdı. Çünki icmanın səfərbərlik alətləri, təlim materialları səliqə ilə ardıcılıqa divarlardan asılmışdı.
    Amma az qala divarın bir tərəfini tutan tikintidə DVP (dik ) adlandırılan böyük bir lövhə asılmışdı. Bu lövhənin üzərində müxtəlif rənglərlə çəkilmiş evlər,mağazalar, idarə və məkdəb binaları, kəndarası yollar və sair göstərilmişdi.

    Bölmələr: ugur hekayeleri

     

    10 İllərlə Həll Olunmayan Problem 2 Ayda Necə Yoluna Qoyuldu

    baxılıb: 435

  • Tarix: 22-12-2014, 16:15
  • 10 İllərlə Həll Olunmayan Problem 2 Ayda Necə Yoluna Qoyuldu

    Bərdə rayonunun Əlyanlı icması İkinci Azərbaycan Kənd İnvestisya Layhiəsi ilə İcmanın abadlaşması layhiəsini həyata keçirmişdi. Bu icmanın AzKİL-lə ikinci layhiəsi idi. Layhiə artıq başa çatmışdı və bununla bağlı bütün icma üzvüləri toplantı keçirirdilər. Məndə toplantıda iştirak edirdim. Layhiənin uğurla başa çatması barədə İQ nun sədri məlumat verməklə yanaşı bütün AzKİL əməkdaşlarına təşəkkür və minnətdarlığını bildirdi. Söz alan hər bir kəs layhiənin faydalarından bəhs edərək qeyd etdilər ki, icmanın abadlaşması layhəsi çərçivəsində hamının son mənzili olan qəbirstanlığa dəmir hasar çəkilmişdir.Artıq mal qara və digər heyvanlar ora daxil olaraq ziyanlıq vurmur və orada tikilən çardaq insanların yağışdan, gündən qorunması üçün çox lazımlı bir tikindir.

    Bölmələr: ugur hekayeleri

     

    Su Aydınlıqdır, Su Həyatır

    baxılıb: 406

  • Tarix: 22-12-2014, 16:14
  • Su Aydınlıqdır, Su Həyatır

    Yevlax rayon Balçılı icması da Şimal Qərb Regional Əməliyyatlar Ofisinə AzKİL ilə icmada ikinci layhiənin həyata keçirilməsi üçün müraciət etmişdir. Müraciət nəzərə alınmış və müvafiq addımlar atılmışdir. İcma növbəti həll olunmalı problem kimi içməli su xəttinin çəkilişini seçmişdir. Layhiə təsdiqini tapdıqdan sonra işin icrasına başlanmış və layhiə tam mənada uğurla başa çatmışdır.

    Bölmələr: ugur hekayeleri

     

    Bu Yol Adi Yol Deyil

    baxılıb: 555

  • Tarix: 22-12-2014, 16:13
  • Bu Yol Adi Yol Deyil

    Masallı rayonunun şimal tərəfində, Viləş çayının sol sahilində tarixi qədimlərə dayanan, öz problemlərilə mübarizə aparan Yeyənkənd icması var.
    İcmamızın əsas məşğuliyyəti tərəvəzçilik və maldarlıqdır. İcmamızın inkişafa meylli olmasına, problemləri həll etməsinə baxmayaraq, vacib sosial problemlərimizlə gündəmdə qalmaqda davam edirdik.
    Vacib problemlərimizdən biri icmamızın yollarının təmirsiz olması idi. Yağışlı havalarda yolların ortasında uzun müddət qalan gölməçələr, yay günlərində maşın hərəkəti zamanı yaranan toz-duman istər iş, istər şəxsi həyatımıza,istər sağlamlığımıza öz tohfəsini verirdi.

    Bölmələr: ugur hekayeleri