» Materiallar Dekabr 2014 il

 
 
 

AZKIL Layihəsi MoruqluSakinlərinəSevincYaşatdı

baxılıb: 469

  • Tarix: 22-12-2014, 16:27
  • AZKIL Layihəsi MoruqluSakinlərinəSevincYaşatdı

    Kosmosun fəth olunduğu, uçan xalçaların reallığa çevrildiyi bir zamanda bir sıra kəndlərdə insanlar hələ də problemlərlərlə qarşı-qarşıya qalırlar. Onları ən çox narahat edən problemlərdən biridə icma yollarının bərbad vəziyyətdə olmasıdır.Bu problem bütün sadə insanları eyni zamanda icmada biznes, fermer təsərrüfatı , kənd təsərrüfatı və bu kimi işlərlə məşgul olan hər kəsi narahat edir.

    Bölmələr: ugur hekayeleri

     

    Səbrlə Qazanılan Uğur

    baxılıb: 426

  • Tarix: 22-12-2014, 16:26
  • Səbrlə Qazanılan Uğur

    Azərbaycanın gözəlliklərlə dolu rayonlarından biri də Qubadır. Bağlarında olan rəngarəng almaları və digər məhsulları ilə adı dillərdə dastan olan Qubanın da problemlərlə dolu kəndləri saysız hesabsızdır. Kənd sakinləri var quvvələri ilə çalışsalarda problemləri köklü həll etmək mümkün olmurdu. Belə problemli kəndlərdən biri də Quba rayonu Vladimirovka kəndi idi. Böyük bir kənd olan Vladimirovka rayon mərkəzindən çox da uzaqda yerləşməsə də infrastrukturda olan çatışmamazlıqlar heç də az deyildi.

    Bölmələr: ugur hekayeleri

     

    Bir Uğurun Ardınca Digər Uğura İmza Atan İcma

    baxılıb: 447

  • Tarix: 22-12-2014, 16:23
  • Bir Uğurun Ardınca Digər Uğura İmza Atan İcma

    Beyləqan rayon mərkəzindən 12 km uzaqlıqda yerləşən Aşağı Çəmənli icması uzun illər boyu qayğı və diqqətdən kənarda qalmışdı. Bu illər ərzində insanlar öz güclərinə ayaqda qalmağa, sosial-iqtisadi durumlarını yaxşılaşdırmağa çalışmışlar. Çətinliklər girdabına düşmüş Aşağı Çəmənli icmasının sakinlərinin gözləri və qulaqları daima səsdə idi ki, hansısa təşkilat bu icmanı yada salaraq problemlərin bir qismini həll etmək üçün onlara yol göstərəcək.

    Təşkilatlarla iş birliyinə başlamaq baxımdan 2013-cü ili AzKİL-in əməkdaşlığa start verdiyi fəal icmalardan biri olan Aşağı Çəmənli icması üçün də kifayət qədər uğurlu il hesab etmək olar. Məhz həmin il bu icma yol problemini kökündən çözməyə müvəffəq oldu.

    Bölmələr: ugur hekayeleri

     

    Qazma Bələdiyyəsinin və 6 İcmanın Birgə Uğuru

    baxılıb: 362

  • Tarix: 22-12-2014, 16:21
  • Qazma Bələdiyyəsinin və 6 İcmanın Birgə Uğuru

    Balakən rayonunun cənub hissəsində yerləşən Qazma, Bedağar, Cillik, Şambulbinə, Öküzovtala və Qızlartala icmaları bir-birinə yaxın yerləşməklə rayon mərkəzindən 7-10 km uzaqlıqda və dəniz səviyyəsindən 300-350 m yüksəklikdə yerləşirlər. Bu icmalar Balakən çayı ətrafında sıra ilə yerləşib və çayın Alazan çayına birləşdiyi yerə qədər uzanır. İcmaların ərazisində çoxlu təbii bulaqlar vardır. Əhalinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır. Əhalinin gəlirinin əsas hissəsini qarğıdalı və fındıqdandır, bu gəlirin təqribən 40-50%-ni təşkil edir.

    Bölmələr: ugur hekayeleri

     

    İcma İnkişafında Gənclərin Rolu

    baxılıb: 531

  • Tarix: 22-12-2014, 16:20
  • İcma İnkişafında Gənclərin Rolu

    Balakən rayonun Gərəkli icması rayon mərkəzindən 4 km uzaqlıqda, dəniz səviyyəsindən 550 m yüksəklidə yerləşir. Əhalinin sayı 4091 nəfərdir. İcma Qafqaz dağlarının qoynunda, çox füsunkar təbiətə malik bir yerdə yerləşir. Gərəkli icmasının ərazisindən Hinbul çayı keçir. İnsanları da dağ kimi möhkəm, yumruq kimi birdilər. XVI əsrdə məskunlaşmış əhalinin əksəriyyəti Dağıstandan gəlmişlər. İcmanın adı da elə ordan gəlmiş Gere Heciyovun adından götürülüb Gərəkli adlandırılmışdır. Əhalin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Əsas gəlir gətirən qarğıdalıdır, ümümi gəlirin 40%-ni təşkil edir. İcma ərazisində “Şeyx Yusif” ziyarətgahı və tarixi abidə “Pəri Qalası” yerləşir.

    Bölmələr: ugur hekayeleri