» Materiallar Dekabr 2014 il

 
 
 

Gələcək Nəslin Daha Sağlam Böyüməsi İstiqamətində AzKİL-dən Töhfə

baxılıb: 502

  • Tarix: 22-12-2014, 16:41
  • Gələcək Nəslin Daha Sağlam Böyüməsi İstiqamətində AzKİL-dən Töhfə

    Dinamik inkişaf edən ölkəmizin gələcək nəslinin sağlam böyüməsi, onların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə inkişaf etməsi üçün zəruri şəraitin yaradılması, eləcə də hərtərəfli şəxsiyyət kimi formalaşmasıölkə başçısının daim diqqət mərkəzindədir. Bu istiqamətdə görülən mühüm tədbirlərin tərkib hissələrindən biri də məktəbəqədər təhsil müəssisələrindən olan körpələr evi və uşaq bağçaları şəbəkələrinin genişləndirilməsi, onların maddi-texniki bazasının yaxşılaşdırılması və təlim-tərbiyə prosesində fəal iştiraklarının təmin olunmasıdır. AzKİL-inbu yaxınlarda icrasını uğurla tamamladığı layihələrindən biri də məhz bu məqsədi daşıyır. Belə ki, gələcəyimiz olan uşaqların sağlam ruhda və düşüncədə böyümələrinə şərait yaradacak olan "Uşaq Bağçasının Əsaslı Təmiri" layihəsi Göyçay rayonunun Cəyirli icmasında uğurla həyata keçirilmişdir.

    Bölmələr: ugur hekayeleri

     

    Təbii Yolla Səfərbər Olunmuş Şahbəyli İcması

    baxılıb: 513

  • Tarix: 22-12-2014, 16:37
  • Təbii Yolla Səfərbər Olunmuş Şahbəyli İcması

    240 illik tarixə malik Şahbəyli kəndi Ağsu rayon mərkəzindən 12 kilometr aralıda yerləşir. 300 nəfərə yaxın əhalinin məskunlaşdığı bu kənd öz işgüzarlığı və özünəməxsusluğu ilə qonşuluqdakı kəndlərdən fərqlənir desək hec də yanılmarıq. Bu illər ərzində kənd sakinləri kənardan heç bir dövlət və yaxud xarici təşkilatların yardımı olmadan üzləşdikləri problemləri qismən də olsa özləri həll edə biliblər. Bu baxımdan AzKİL-in Şahbəyli icmasındakı səfərbərlik fəaliyyəti o qədər də çətin olmadı.

    Bölmələr: ugur hekayeleri

     

    Fədakar Qadın Bələdiyyə Sədri Hüsülü İcmasının Qürur Məmbəyidir

    baxılıb: 1212

  • Tarix: 22-12-2014, 16:37
  • Fədakar Qadın Bələdiyyə Sədri Hüsülü İcmasının Qürur Məmbəyidir

    Kəklik xanım insaniyyəti və xeyirxahlığı ilə nəiki qonşu icmalarda, eləcə də bütün Ağcabədi rayonunda tanınır. Kəklik xanım Ağcabədi rayonunun Hüsülü kəndində anadan olmuşdur.
    Bu kəndin yaranma tarixi də çox maraqlıdır. Hələ təməli 1700-cü illərdə qoyulmuş bu kəndin ilk sakini Hüsü adlı bir kişi olub. Orada əvvəllər 3 ailə yaşayıb və sonradan əhalinin sayı tədricən artmağa başlayıb. Kənddə ilk məktəb 1898-ci ildə tikilib və 1903-cü ildən etibarən rus-tatar məktəbi kimi fəaliyyət göstərib.

    Bölmələr: ugur hekayeleri

     

    İcmalarda Səhiyyə Xidmətlərinin Yaxşılaşdırılması İstiqamətində Daha Bir Addım

    baxılıb: 534

  • Tarix: 22-12-2014, 16:36
  • İcmalarda Səhiyyə Xidmətlərinin Yaxşılaşdırılması İstiqamətində Daha Bir Addım


    Dünyanın əşrəfi hesab edilən insan sağlamlığının qorunması bütün dövrlərdə ən əhəmiyyətli vəzifə hesab edilib. Həsən bəy Zərdabi yazırdı ki, kim xoşbəxt olmaq istəyirsə, həmişə gərək salamat olmağa çalışsın. Çünki xoşbəxtlik mal-dövlət ilə deyil, bədənin sağlamlığı ilədir.

    Bölmələr: ugur hekayeleri

     

    İnamsızlığın Ümidlə Əvəz Olunduğu Beşdəli İcması

    baxılıb: 528

  • Tarix: 22-12-2014, 16:35
  • İnamsızlığın Ümidlə Əvəz Olunduğu Beşdəli İcması

    Keçən illər ərzində Kür daşqınlarının törətdiyi fəsadlar Neftçala rayon mərkəzindən 70 kilometr şimalda yerləşən Beşdəli icmasından da yan keçməyib. Daşqınlar birbaşa olaraq icmaya ziyan vurmasa da, 1984-cü ildə çiy asfaltla çəkilən yol Kür çayının deltasının dərinləşdirilməsi məqsədilə istifadə edilən ağır texnikanın bu kəndin içərisindən daşıması nəticəsində bərbad vəziyyətə düşüb. Bu acınacaqlı vəziyyəti həm icmaya gələn yolda, həm də ki, icmadaxili yollarda müşahidə etmək mümkün idi. Yağışlı günlərdə 6-7 yaşlı ibtidai sinif şagirdlərinin ayaqlarına plastik torbalar bağlayaraq kələ-kötür yollarla məktəbə getməsinə tamaşa etmək insanın ürəyini ağrıdan bir mənzərə idi. Yolun istismarına cavabdeh olan müvafiq qurumların xırda təmir işlərini yerinə yetirməsi vəziyyəti yaxşıya doğru dəyişə bilmədiyindən Beşdəli sakinləri AzKİL-ə pənah gətirəsi olublar.

    Bölmələr: ugur hekayeleri