» Materiallar Dekabr 2014 il

 
 
 

AzKIL-in İlk Pilot Gəlir Gətirən Layihəsi

baxılıb: 539

  • Tarix: 22-12-2014, 15:38
  • AzKIL-in İlk Pilot Gəlir Gətirən Layihəsi

    AzKİL-in icmalarla əməkdaşlığının yeni və tamamilə fərqli bir mərhələyə qədəm qoyduğunu desək heç də yanılmarıq. Artıq sosial yönümlü layihələrin davamlılığını və ictimai məqsədini təmin etmək üçün icma əsaslı gəlirgətirən və bu gəlirlərin bir hissəsinin icmaların sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəlməsini təmin edən layihələrin həyata keçirilməsi artıq bir reallığa çevrilməkdədir. Belə ki, AzKİL ilə uğurlu əməkdaşlıq edən icmalar hal-hazırda 2-ci və yaxud 3-cü infrastruktur tipli layihə ilə müraciət etməklə yanaşı, həm də gəlirgətirən layihələr üçün AzKİL-dən maliyyə vəsaiti almaq imkanı əldə ediblər. Bu, AzKİL-in qarşısında duran uzunmüddətli bir strategiyadır və bu yolda ilk uğurlu addımı Balakən rayon mərkəzindən 25km məsafədə yerləşən ucqar Qaysa icması atıb.

    Bölmələr: ugur hekayeleri

     

    Daim Axtarışda Olan Şərəfə İcmasının Növbəti Uğuru

    baxılıb: 580

  • Tarix: 22-12-2014, 15:38
  • Daim Axtarışda Olan Şərəfə İcmasının Növbəti Uğuru

    Şərəfə AzKİL-in Masallı rayonunda uğurlu əməkdaşlıq etdiyi ən fəal icmalardan biridir. İcmanın tarixi keçmişinə nəzər saldıqda məlum olur ki, ilk ailələr tarixən səfəvilərlə qohum olan, qızılbaşlar ideyasını daşıyan cənubi Azərbaycanın Şərəfəbad kəndindən gələnlərdir.

    Bölmələr: ugur hekayeleri

     

    Verdiyimizin İki Qatını Alırıq

    baxılıb: 366

  • Tarix: 22-12-2014, 15:37
  • Verdiyimizin İki Qatını Alırıq

    Yuxarı Ağalı icması əkinə yararlı və suvarma suyu ilə nisbətən yaxşı təmin olunmuş torpaq sahələrinə malikdir. Icma üzvlərinin hər birinin şəxsi əmlakı olan torpaq sahəsi, iri və xırda buyuzlu heyvanı və digər istehsal vasitələri vardır. Sakinlərin istehsal etdikləri bitkiçilik və heyvandarlıq məhsulları əsasən daxili təlabatın ödənilməsinə yönəlib, bir hissəsini isə bazarda satıb nəğd pula olan təlabatımizı ödəyirik

    Bölmələr: ugur hekayeleri

     

    Gəlir Gətirən Layihələr haqda Məlumat Vərəqələri

    baxılıb: 2874

  • Tarix: 19-12-2014, 14:26
  • Gəlir Gətirən Layihələr haqda Məlumat Vərəqələri

    Bölmələr: ---

     

    Dünya Bankının vitse-prezidentinin missiyası

    baxılıb: 856

  • Tarix: 10-12-2014, 11:48
  • Dünya Bankının vitse-prezidentinin missiyası

    Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Lora Tak və başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasında işgüzar səfərdə olmuşdur. Səfərin məqsədi ölkə rəhbərliyi, yüksək səviyyəli hökumət rəsmiləri, tərəfdaşlar, biznes dairələri və vətəndaş cəmiyyəti ilə ölkənin davamlı iqtisadi artım və diversifikasiyası, həmçinin insan kapitalının inkişaf etdirilməsinin dəstəklənməsi sahəsində Dünya Bankının fəaliyyətinin mümkün istiqamətləri barədə müzakirələr, ölkəmizdə son illər əldə edilən uğurlar və gələcəkdə görüləcək işlər ətrafında fikir mübadilələri, bir sıra beynəlxalq layihələrin həyata keçirilməsi yönündə işgüzar söhbətlər aparmaq olub.

    Bölmələr: ---

     
    Geri İrəli