» Materiallar Dekabr 2014 il

 
 
 

Su Kimi Əziz Ol

baxılıb: 509

  • Tarix: 22-12-2014, 16:52
  • Su Kimi Əziz Ol

    Göyçayın 4.000 əhalisi olan İncə kəndində içməli suyun çatışmamazlığı problemi 15 ildən artıq zamanı aşıb günümüzə qədər gəlməkdə idi. Əhalinin, xüsusilə kəndin içməli suya tamamən həsrət qalmış kənar məhəllə sakinlərinin narahatlığına biryolluq son qoyulmurdu. Uzun iilərdən bəri başqa əqidə, fərqli quruluşun sosial-psixoloji təsiri altındakı yaşayış tərzinə uyğunlaşmış insanlar içməli su probleminin nə vaxtsa həll ediləcəyinə artıq inanmırdılar.

    Bölmələr: ugur hekayeleri

     

    Əlvənd İcmasında Hərəkətsizliyə Son

    baxılıb: 430

  • Tarix: 22-12-2014, 16:52
  • Əlvənd İcmasında Hərəkətsizliyə Son

    Əlvənd kəndi Zərdab rayonunun ucqar kəndlərindəndir. Rayon mərkəzindən 23 km aralıda yerləşən, həyatını sıx şəkildə Kür çayı ilə bağlamış bu qədim (təqribən XV-əsr) kənddə, əhalinin illərlə yığılıb qalmış problemləri, onların həlli yolları barədə heç düşünülmürdü. AzKİL-in bu kəndə qədəm qoyduğu gündən, illərlə hökm sürən arxayınçılığa və biganəliyə elə bil son qoyuldu. İnsanlar sanki yuxudan ayıldılar.

    Bölmələr: ugur hekayeleri

     

    Ərəb İcmasının Sevinc Məmbəyi

    baxılıb: 464

  • Tarix: 22-12-2014, 16:51
  • Ərəb İcmasının Sevinc Məmbəyi

    O gün Ağdaş rayonunun Ərəb icmasında toy-bayram əhvalı vardı. Uzun illərdən bəri davam edən problemə nəhayət son qoyulmuşdu. Çox bəsit sağlamlıq məsələsi ilə bağlı başqa kəndlərə, rayona üz tutmaq ərəblilər üçün bundan belə tarixə qarışırdı. Artıq sağlıqlarının keşiyində duracaq, rahatlıqla müraciət edəcək və "bizim" deyə biləcəkləri tibb ocaqları vardı. İstifadəyə verilən "Tibb məntəqəsinin tikintisi" layihəsi bu gündən etibarən onların ixtiyarında idi.

    Bölmələr: ugur hekayeleri

     

    Mollavaizli İcmasında Yolla Yenidən Doğuş

    baxılıb: 437

  • Tarix: 22-12-2014, 16:46
  • Mollavaizli İcmasında Yolla Yenidən Doğuş

    200 illik tarixə malik olan Mollavaizli kəndinin üz-üzə qaldığı problemləri arasında kənddaxili yolların bərbadlığı məsələsi hər zaman gündəmdə idi. Əsası 2002-ci ildə qoyulan və 2.000-ə yaxın əhalisi olan kənd icması indiyədək gücü yetdiyi qədər müəyyən işlər görmüş və bu fəaliyyətlər sayəsində səfərbərliyin bünövrəsini hazırlamışdı.Yol məsələsinin həlli üçün isə müxtəlif təşkilatlarla dəfələrlə bir araya gəlinsə də, birgəlik baş tutmamış, nəticədə icma sakinlərində bu tip qurumlara inam tamamilə öləzimişdi. AzKİL-ə də inamsızlıqla əməkdaşlığa gələn icma sonucda ümidinin təpədən-dırnağa doğrulacağını, həyata baxışının dəyişəcəyini, özünəinamla dolub daşacağını ağlına belə gətirmirdi.¬Kənd bələdiyyə sədri Sənan Mütəllimov icmanın öncəki və indiki ab-havasını belə ifadə edir:

    Bölmələr: ugur hekayeleri

     

    Şəfalı Günlərə Salam

    baxılıb: 366

  • Tarix: 22-12-2014, 16:45
  • Şəfalı Günlərə Salam

    Biləsuvar rayonunun Aşağı Cürəli icmasında da köhnə əyyamın dərin izləri hiss olunmaqda idi. İcmanın yolu tamamilə dağılmış və yararsız hala düşmüşdü. Qışda dizə qədər qalxan palçıq, yayda nəfəs almağa imkan verməyən toz dumanı, yeriyərkən diqqət tələb edən dərin çalalar yolun yarıtmazlığından xəbər verirdi. Sakinlər rayon mərkəzi ilə müntəzəm əlaqə saxlaya bilmir, becərdikləri məhsulu bazara çıxarmaqda böyük sıxıntıyla üzləşirdilər. Bu acınacaqlı durum gediş-gəlişi yararsız hala gətirmiş, hətta bir çox qəza hadisələrinin baş verməsinə səbəb olmuşdu. Ehtiyaclar yalnız bununla məhdudlaşmır, içməli və suvarma su çatışmamazlığı, tibb məntəqəsinin olmaması, məktəb binasının bərbad vəziyyəti də icmanın narahatlığını artırırdı. Problemlər labirintində ehtiyaclarla baş-başa qalmış kənd sakinləri çözüm arayışında idilər.

    Bölmələr: ugur hekayeleri

     
    Geri İrəli