» Materiallar Aprel 2014 il

 
 
 

PROBLEM ÜZƏRİNDƏ QƏLƏBƏMİZ VƏ AzKİL-in UĞURU

baxılıb: 495

  • Tarix: 8-04-2014, 13:28
  • Culfa rayonu Naxçıvanın qədim və eyni zamanda səfalı bölgələrindəndir. Kırna bu rayonda öz gözəlliyi, ən əsası isə əhalisinin işgüzarlığı ilə seçilən bir kənddir. Bu gün yerli əhali sevinc içindədir. Icma AzKİL-in maliyyə dəstəyi ilə "İçməli su təminatı" layihəsini uğurla başa çatdırmışdır.

    Bölmələr: ugur hekayeleri

     

    İNAM OLAN YERDƏ NƏTICƏ DƏ OLUR

    baxılıb: 449

  • Tarix: 8-04-2014, 13:26
  • Gülövşə kəndinin əhalisinin əksəriyyəti kənd təsərrüfatı ilə məşğuldur: mal-qara saxlayır, bostan bitkiləri, tərəvəz becərir. Bir neçə köçkünü olan icma 370 ailəni birləşdirir. Çoxsaylı sosial-iqtisadi çətinliklərlə üzləşən əhali bəzi hallarda öz güvvəsilə, digər hallarda donarların köməyilə problemlərinin qismən də olsa həllinə nail olub. Belə ki, 2001-ci ildə Gülövşə icması CHF təşkilatının yardımı ilə ümumi dəyəri 21000 dollar olan "Məktəbin təmiri" layihəsini (icma töhfəsi 25 %) həyata keçirib.

    Bölmələr: ugur hekayeleri

     

    LAYİHƏ BİR - FAYDALANAN ÇOX

    baxılıb: 473

  • Tarix: 8-04-2014, 13:10
  • Saatlı rayonu Mollavaizli kənd sakinləri gələcəyə inamla baxır. Bu gün Saatlı rayonu Mollavazlı kəndində böyük canlanma var. Yarandığı tarixdən bir çox mərhələlər arasında kənddaxili yolları olmayan bu yaşayış məntəqəsində 8 km uzunluğunda yol çəkilir. İcma rəhbəri Fərman Manafovun sözlərinə görə, Mollavaizlinin bir məhəlləsindən digərinə getmək üçün sakinlər xeyli məsafə qət edib körpünü keçib magistrala çıxmalı, sonradan o biri körpü ilə istədikləri ünvana gəlməli idilər.

    Bölmələr: ugur hekayeleri

     

    MƏKTƏBİN TƏMİRİ BİZƏ OLAN QAYĞININ TƏZAHÜRÜDÜR

    baxılıb: 503

  • Tarix: 8-04-2014, 13:09
  • 1994-cü ildə 90 mindən artıq Axısxa türkü Gürcüstandan Orta Asiya və Qazaxıstana sürgün edildi. 1959-cu ildən başlayaraq onların bir qismi Azərbaycana dönməyə başladı. Bir neçə ailə Saatlının Qaralar kəndi yaxınlığındakı ərazidə məskunlaşdı, yeni yaşayış yuvasına Varxan - Gürcüstanda tərk etdikləri kəndlərinin adını verdilər. Soruşula bilər - niyə doğma el-obasını bir dəfə zor hesabına tərk etmiş insanlar bu dəfə yenidən, amma könüllü köç etməyə başladılar. Bunun səbəbini Azərbaycan xalqının qonaqpərvərliyində, mədəniyəti, dili, məişəti və sair cəhətləri bizə daha yaxın olmasında axtarmaq lazımdır. Tarix göstərdi ki atalarımız o illər düzgün hərəkət ediblər.

    Bölmələr: ugur hekayeleri

     

    VARVARADA ARTIQ İÇMƏLİ SU PROBLEMİ YOXDUR

    baxılıb: 469

  • Tarix: 8-04-2014, 13:06
  • Varvara kəndi Kürün sahilində yerləşir. Son vaxtlaradək əhali içmək üçün çayın suyunu istifadə edirdi. Bunun isə orqaninizmə hansı dərəcədə ziyanlı olduğunu demək artıqdır. Kənddə yeganə artezian quyusu 1954-cü ildə qazılmış, yarım əsr müddətində su ehtiyatı bəlkə on dəfədən artiq azalmişdır. Bundan başqa, quyu kəndin kənarında yerləşdiyindən bəzi ailələr su gətirmək üçün 1-1,5 km məsafə qət etməli olurdular. Odur ki, AzKİL ilə sosial problemlərin həlli haqqında fikir mübadiləsi apardıqda icma fəalları məhz kəndi içməli su ilə təchizi məsələsini gündəmə çıxartdılar.

    Bölmələr: ugur hekayeleri