» Materiallar Aprel 2014 il

 
 
 

OYANIŞ

baxılıb: 503

  • Tarix: 8-04-2014, 13:37
  • Əlvənd kəndi Zərdab rayonunun ucqar kəndlərindəndir. Rayon mərkəzindən 23 km aralıda yerləşən, həyatını sıx şəkildə Kür çayı ilə bağlamış bu qədim (təqribən XV-əsr) kənddə, əhalinin illərlə yığılıb qalmış problemləri, onların həlli yolları barədə heç düşünülmürdü. AzKİL-in bu kəndə qədəm qoyduğu gündən, illərlə hökm sürən arxayınçılığa və biganəliyə elə bil son qoyuldu.

    Bölmələr: ugur hekayeleri

     

    SU KIMI ƏZIZ OL!

    baxılıb: 465

  • Tarix: 8-04-2014, 13:36
  • Göyçayın 4.000 əhalisi olan İncə kəndində içməli suyun çatışmamazlığı problemi 15 ildən artıq zamanı aşıb günümüzə qədər gəlməkdə idi. Əhalinin, xüsusilə kəndin içməli suya tamamən həsrət qalmış kənar məhəllə sakinlərinin narahatlığına biryolluq son qoyulmurdu. Uzun iilərdən bəri başqa əqidə, fərqli quruluşun sosial-psixoloji təsiri altındakı yaşayış tərzinə uyğunlaşmış insanlar içməli su probleminin nə vaxtsa həll ediləcəyinə artıq inanmırdılar. Məhz bu inamsızlığın nəticəsi idi ki, içməli su təminatında AzKİL-in yardımçı olmaq hazırlığı icmada müəyyən tərəddüdlə qarşılanmışdı.

    Bölmələr: ugur hekayeleri

     

    ZÜLMƏTI YARAN GÜC

    baxılıb: 476

  • Tarix: 8-04-2014, 13:35
  • AzKİL-lə əməkdaşlıq etmiş icmalardan biri olan Ağdaş rayonunun Hüşün kəndi də icma üçün çox gərəkli və faydalı bir işin öhdəsindən gəlmiş, "Elektrik sisteminin bərpası" layihəsinin icrasını tamamlayaraq kənd əhalisinin istifadəsinə vermişdir.

    Bölmələr: ugur hekayeleri

     

    İCMASININ ETİBARLI DAYAĞI

    baxılıb: 466

  • Tarix: 8-04-2014, 13:34
  • Tanış olacağınız qadın öz kəndinin, elinin, obasının tanrı vergisi olan simalarından biridir. Ali təhsillidir, balalarımıza elm öyrətməklə məşğuldur. Yox, təkcə elm öyrətməklə deyil, vətəndaş yetişdirməklə, onların xoşbəxt gələcəkləri naminə təfəkkürünün işığını zərrə-zərrə bölüşməklə. Bəzən ondakı təpərə, vaxtdan səmərəli və planlı şəkildə istifadə etməsinə həsəd aparmamaq olmur. İcmanın bütün içtimai işlərində, tədbirlərdə, yığıncaqlarda, xeyirdə-şərdə onu görməmək mümkün deyil. İnkişaf işlərinə icmalarının qoşulması və uğur qazanmasında onun inkarolunmaz fəaliyyəti var.

    Bölmələr: ugur hekayeleri

     

    LAYİHƏNİN İQTİSADİ TƏSİRİ

    baxılıb: 473

  • Tarix: 8-04-2014, 13:31
  • Göyçay rayonu da AzKİL-in fəaliyyət dairəsinə aid olduğundan rayonun onlarla kəndi ilə əlaqələr qurulmuşdur. Alpout icması rayon mərkəzindən 29 km aralıda yerləşir. İcmada 2107 nəfər kənd sakini yaşayır. Əkinçilik, maldarlıq əhalinin əsas gəlir mənbəyi və məşğuliyyətidir. İcmada əkin üçün 1130 ha torpaq sahəsi olmasına baxmayaraq əhali bunun hamısını əkib becərə bilmir, çox az məhsul əldə edilirdi. Başlıca səbəb isə drenaj kanallarının yararsızlığıydı. Problemin 1992-ci ildən mövcüd olmasına, hər il onlarla ha torpaq sahəsinin qrunt sularının basmasıyla yararsız hala düşməsinə baxmayaraq, problemin həlli üçün ciddi tədbir görülməmişdi.

    Bölmələr: ugur hekayeleri